Axtarış...

Şadlıq evləri, kafe və restoranlarda tibbi xidmət niyə yoxdur?


Xəbər verdiyimiz kimi, Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.

Hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib.

İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.

Maraqlıdır, bu cür bədbəxt hadisələrdən sığortalanmaq üçün şadlıq evləri, kafe və restoranların qarşısında tibbi personalın fəaliyətinə dair tələb qoyula bilər?

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebhe.info"-ya açıqlamasında bildirib ki, qida təhlükəsizliyi məsələsinə cavabdeh olan qurum var:

"Əslində, şadlıq evləri, kafe və restoranlarda insanların kütləvi toplaşdığı və qida qəbul etdiyi yerlərdə qida məsələlərinə ciddi şəkildə nəzarət lazımdır. Gigiyena qaydalarının gözlənilməsi, qidanın təmizliyi, onların saxlanma şərtləri və utilizasiya məsələləri ilə bağlı konkret təlimatlar olmalıdır.

Bu təlimatlara əməl etməyən müəssisələrin də lisenziyası alına bilər. Bu baxımdan da nəzarət gücləndirilməlidir. Əsas məsələlərdən biri də insanlara kafelərdə, restoranlarda və şadlıq evlərində boyat yeməklərin verilməsidir. Bu xeyli problem yaradır, araşdıranda da bədbəxt hadisələrin başına bu məsələ dayanır".
Text-to-Speech

DİNLƏ






Şərh yaz