Axtarış...

Sahibkarla məşhur iş adamı arasında külli miqdarda borc davası – Nə baş verib?


Sahibkar Oruc Məmmədovla qalmaqallı iş adamı Müqayis Verdiyev arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo xəbər verir ki, Oruc Məmmədov Müayis Verdiyev barəsində Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdı.

O, paralel olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətini də məhkəməyə vermişdi. Oruc Məmmədovun tələbi maddi ziyanın ödənilməsi ilə bağlı idi. Birinci instansiya məhkəməsinin qərarı Oruc Məmmədivu qane etməyib. O, apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Lətif Məmmədovun icraatındadır. Prosesin vaxtı hələ ki, müəyyənləşməyib.

Araşdırmalarımız zamanı məlum olub ki, Müqayis Verdiyevin Oruc Məmmədova külli miqdarda borcu var. Müqayis Verdiyev onu dövlət büdcəsi hesabına həyata keçirilən abadlıq və quruculuq işlərinə cəlb edib. Oruc Məmmədov bu layihədə inşaat materiallarının təchizatçısı kimi iştirak edib. İnşaat materiallarını nisyə alan Müqayis Verdiyev sonradan onların pulunu ödəməyib.

Abadlıq və quruculuq işləri Sumqayıt şəhərində görülüb. Bu baxımdan, Oruc Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib.

Məlumat üçün deyək ki, 44 günlük müharibədən sonra Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında təmir və abadlıq işlərinin görülməsi Müqayis Verdiyevə tapşırılıb.

Maraqlıdır ki, Müqayis Verdiyev Sumqayıt bulvarının yenidən qurulması layihəsində də əsas fiqurant olub. Bu layihə başa çatandan sonra məlum olub ki, işə cəlb olunmuş sahibkarların pulları verilməyib.

Ona görə də 2016-cı ildə Müqayis Verdiyev dədləduzluqda təqsirləndirilərək həbs edilib. Lakin iş adamı baş verənlərə görə məsuliyyəti Sumqayıtın icra başçısı Zakir Fərəcovun üzərinə atıb.

Müqayis Verdiyev 12 il azadlıqdan məhrum edilsə də, qısa müddət sonra həbsdən çıxıb və Zakir Fərəcov yenə də Sumqayıtdakı abadlıq işlərini ona taprşırıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz