Axtarış...

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

Tanınmış iş adamı ilə bağlı İLGİNC İDDİALAR... - BU NƏDİ BELƏ?!

"Tülkü şahlıq edir meşədə, çünki
Balığı şir görür, tələni tülkü."
(Nizami Gəncəvi)


Yox, yenə də zəmanəni günahlandırıb, zamanın günahını almayaq. Dahi Azərbaycan şairi Nizami Gəncəvi bu sözləri əsrlər əvvəl deyib, amma indi də heç nə dəyişməyib. Demək ki, insan yaranışdan belədir, baxmayaraq ki, misralarda zamanın təsviri heyvan adları ilə verilib.

Mərd, dürüst insanların qalxanı, zirehi onun müsbət keyfiyyətləri olduğu kimi, yalançı, fırıldaqçı insanların da zirehi onların el demişkən, çoxbilmişliyi, "zamanı qabaqlama" bacarığıdır. Belə insanlar adətən, adından istifadə etmək üçün həmişə ətraflarına cəmiyyət arasında kifayət qədər tanınan, nüfuz sahibi insanlar toplamağa çalışırlar və bu niyyətlərinin baş tutması üçün hər vasitəyə əl atırlar. Heç uzağa getməyək, elə biz bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında özünü iş adamı kimi təqdim edən Müqayis Verdiyev barəsində bəhs etmişdik.

Baxın! Onun barəsində başqa saytlarda dərc olunan məlumatları oxuduğumuz zaman "gündəlik Bakı" saytında belə bir cümləyə rast gəldik, "Bu adamın sevimli şüarları var. Onlardan biri odur ki, vəzifəli adamlara deyir ki, -"Sizin mənə pulunuz-paranız lazım deyil....Elə sizin yanınızda dayanmaq mənim üçün böyük şərəfdir... Və beləcə Müqayis Verdiyev vəzifə sahiblərinin yanında özünə yer edəndən sonra caynaqlarını işə salaraq, qarşısındakını təhdid etməyə, şantaj etməyə, şərləməyə, böhtan atmağa başlayır"..."

Bəli, tam da bizim yuxarıda qeyd etdiyimiz kimi. Facebook sosial şəbəkə hesabında paylaşdığı şəkillərin demək olar hamısı Zakir Fərəcovla və iş başında çəkilmiş şəkillərdir. Sosial mediada Zakir Fərəcovun əleyhinə yazılmış tənqidi materialların hamısını özünün yazdırdığını deyən Müqayis Verdiyevin adını google axtarış sistemində yazıb axtarış verən kimi taa Goranboy rayonundan bəri demək olar ki, bir çox rayonların icra başçıları ilə qalmaqalları çıxır. Maraqlıdır ki, hamısında da Müqayis Verdiyevin başçının ona pul borclu olduğu iddiası yer alır. Demək ki, bu adam illərdir ki, bir ssenari üzrə hərəkət edir.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə ailə üzvləri - qızı, gəlini, oğlu da el dilində desək "yaxşı yerlər"də çalışırlar. Bu dəfə təkcə oğlunun işi barəsində qısaca qeyd etmək istəyirik, çünki Müqayis Verdiyev ən çox oğlu Anar Verdiyevin işi ilə fəxr edir və "özünə yer eləmək üçün" istifadə etdiyi "temalar"dan biri də oğlunun işi ilə bağlıdır.

Elə bizimlə söhbətində də özü bildirdi ki, oğlu "Nar mobil" şirkətində hansısa şöbədə çalışır və bildirdi ki, - "sizə havayı kontur, internet zad lazım olsa mənə deyin, oğlum orda şöbə müdiridir, bizdə qohum-əqrəbada hamıda kontur, internet pulsuzdur".

Bildirdik ki, "buna gərək yoxdur, sağolsun "Nar" şirkəti özü media nümayəndələrinə qarşı diqqətlidir ".

Görünür sosial mediada da deyildiyi kimi, "bu adam caynağını keçirdiyi hər yerdən mütləq qan çıxarır ".

Əlavə"qan çıxardığı yerlər" barəsində də silsilə şəklində "DogruXeber.az" informasiya portalımızda məlumatlar dərc edəcəyik.

Diqqətiniz bizdə olsun.

DogruXeber.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz