Turantv.az saytın elektron poçt ünvanına ADPU-nun Cəlilabad Filialı xüsusən, filialın direktoru Xudayar Sultanlının təhsiləzidd əməlləri haqqında növbəti dəfə ilginc məlumat daxil olmuşdur. Sözügedən həmın materialı oxucularımıza təqdim edirik:
“Son vaxtlar deputatların biznes fəaliyyəti tez-tez gündəmə gəlir. Onların bəziləri doğrudan da biznes sahələrinə rəvac verir, iqdisadiyyatda və ticarətdə müxtəlif sahələrə himayədarlıq edirlər.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə bu biznes fəaliyyətinə öz müjdəsini gətirmişdir.
O, yaxın qohumu və həmyerlisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının direktoru Xudayar Sultanlını himayə etməklə ölkədə təhsil biznesinin əsasını qoymuşdur. Belə ki,
əslən Yardımlıdan olan Xudayar Sultanlı ADPU Cəlilabad filialından qabaq AMİ-nin Cəlilabad filialında, ondan da qabaq buradakı kənd təsərrüfatı texnikumunda işləmişdir.
Ali təhsilli aqronomdur, dissertasiyanı da aqronomluq sahəsi üzrə yazmışdır və aqronomluq üzrə fəlsəfə doktorudur.
Hamını bir sual düşündürür: Uzun müddətdir, aqronom təhsilli Xudayar Sultanlı Pedaqoji Universitetin 582 tələbəsi olan filialına necə və kimin dəstəyi ilə rəhbərlik edir? O, bu
uzun müddətdə niyə əvəzedilməz direktora çevrilib?
Xudayar Sultanlıya hətta ADPU-nun rektoru Cəfər Cəfərovun da gücü çatmır.
Filialda baş verən özbaşınalıqların, qanunsuzluqların səbəbkarı deputat Fəzail İbrahimlinin bu təhsil müəssisəsinə himayədarlıq etməsidir. Xudayar Sultanlı filiala öz yaxınlarını yığıb, hətta bakalavr
təhsilli qızlara mühazirə deməyə icazə verir ki, bu da təhsil haqqında qanunun tələblərinin pozulması deməkdir.
Digər qanunsuzluq isə filialın pensionerlər idarəsinə çevrilməsi ilə bağlıdır. Təhsil
şöbəsində, orta məktəbdə işləyib, 65 yaşından sonra pensiyaya çıxan müəllimlər magistratura,
doktorantura bitirmədən ADPU Cəlilabad filialında işə götürülür və onlara ixtisaslarına uyğun
olmayan mühazirə dərsləri həvalə olunur.
Filialda çalışan müəllimlərin böyük əksəriyyəti elmdənkənar şəxslərdir, onların bircə məqaləsi çap olunmayıb. Bu bakalavr səviyyəli ali məktəb müəllimləri elmi konfranslarda iştirak etmir, elmi jurnallarda məqalələr çap etdirmirlər. Onların
çoxu elmi iş götürməmişdir və dissertasiya üzərində işləmir.
Bəxtiyar Məhərrəmov, Tofiq
İsgəndərov, Şahin Cəbrayılov, Nadir Babayev, İltifat Bağırov və yaşı yetmiş civarında olan digər
müəllimlərin elmi araşdırmaları yoxdur.
Elmi dərəcəsi olmayan Bəxtiyar Məhərrəmov pedaqoji
təcrübə rəhbəri kimi məsul bir vəzifəni tutur. Filialın kitabxanasının müdiri, bakalavr təhsilli Şahin Cəbrayılov həm də tələbələrə Azərbaycan dilindən mühazirələr oxuyur. Kitabxanaya müdir təyin edilmiş Şahin Cəbrayılov əvvəllər bank işçisi olub, indi nəinki filialın kitabxanasına rəhbərlik edir,
həm də elmi dərəcəsi olmaya-olmaya Azərbaycan dilindən tələbələrə mühazirələr oxuyur, seminarlar aparır. Halbuki, bakalavr təhsili olan şəxslərin ali məktəbdə mühazirə demək
səlahiyyəti yoxdur.
Xudayar Sultanlının digər yaxın qohumu, əslən Yardımlıdan olan 66 yaşlı
pensioner, ixtisasca kitabxanaçı Bilal Hüseynov filialda ixtisasına uyğun olmayan fənlərdən mühazirələr oxuyur.
Filialın keçmiş direktoru Vədud Məmmədovun oğlu Eyvaz Məmmədov
aparıcı şöbələrdən birinə başçılıq edir. Elmi dərəcəsi olmayan Eyvaz Məmmədov uzun müddət direktor müavini vəzifəsində çalışmışdır. Verilən məlumata görə, filialı əslində Eyvaz Məmmədov idarə edir, işçilərin 30 faizindən çoxu onun əqrəbalarıdır, Xudayar Sultanlı qeyri-rəsmi icraçı direkrtordur.
Filialda tələbələrə əsas fənlərdən mühazirə demək səlahiyyəti verilən bakalavr səviyyəli
müəllimlərin yaxın qohumları, övladları da filialda məsul vəzifələr tuturlar. Filialın pensioner müəllimi Aydın İbişovun oğlu Pərvin İbişov belə məsul vəzifələrdən birini daşıyır. Elmi dərəcəsi
olmayan pensioner Ələsgər Mirzəzadə filialın baş müəllimi təyin edilmiş və ona tarix dərslərindən mühazirə oxumaq fürsəti verilmişdir. Ələsgər Mirzəzadə burada mühazirə dərsləri keçən bakalavr
səviyyəli Tofiq İsgəndərovun yaxın qohumudur.
Filialda işləyən Gənclərə də səlahiyyətləri olmaya-olmaya kafedra, şöbə, bölmə müdiri vəzifələri həvalə olunmuşdur. Filialın pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova 20 ildir bu vəzifəni tutur,
amma elmi dərəcəsi yoxdur. Dekanlıqda məsul vəzifə daşıyan Elnarə İsmayılovanın da elmi dərəcəsi yoxdur, onun doktorant təhsili olmayan bacısı Səbinə İsmayılova tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiridir, bundan əlavə filialda mühazirə dərsləri keçir. Elmi dərəcəsi
olmayan Dürdanə Əliyeva isə filialda mühazirə aparmaqla yanaşı, iki şöbəyə (keyfiyyətin təminatı
şöbəsinə və inklüziv təhsil mərkəsinə) başçılıq edir.
Cəlilabad rayon təhsil şöbəsinin müdiri
işləyərkən korrupsiya və rüşvətxorluq maddəsi ilə haqqında cinayət işi açılmış bakalavr təhsilli Qərənfil Əhmədova filialda filoloji təhsil alan tələbələrə “Müasir Azərbaycan dili” fənnindən dərslər keçir.
Elmi dərəcəsi olmayan bu xanım filiala müəllim təyin edilərkən onun haqqında açılmış cinayət işi
bağlanmamışdı.
Filialda elmi dərəcəsi olmadan tarix fənnindən mühazirə deyən müəllimlərdən
biri də direktor Xudayar Sultanlının yaxın qohumu Mürsəlli Fuad Mirnəsihət oğludur. Mühazirə və seminar dərslərini aparanların çoxu bakalavr səviyyəli qadınlardır.
Filialın elmi tədqiqat və innovasiyalar şöbəsinə, tələbə və tədrisin idarə olunması şöbəsinə, təbiət və sosial elmlər kafedrasına da elmi dərəcəsi olmayan şəxslər başçılıq edirlər.
ADPU Cəlilabad filialı ali təhsil müəssisəsidir, onun orta məktəb kimi idarə olunması, əsas fənlərin tədrisinin bakalavr səviyyəli şəxslərə həvalə olunması ali təhsil haqqında qanunun tələblərinin pozulması deməkdir.
Maraqlıdır ki, filialda əsas vəzifələri də elmi dərəcəsi olmayanlar tuturlar.
Filial direktoruna iş üçün müraciət edən doktorantlara və fəlsəfə doktorlarına bir qayda olaraq vədlər verilir, lakin onların işlə təmin edilməsi xahişləri yerinə yetirilmir.
Filialda bu biabırçı vəziyyətin yaranmasının əsas səbəbi onun Fəzail İbrahimlinin himayəsində olması ilə bağlıdır.
Deputat qohumuna güvənən Xudayar Sultanlı bu nöqsanları
aradan qaldırmaq iqtidarında deyil, çünki nöqsanlar onun ADPU Cəlilabad filialını aqronom kimi
idarəetmə prinsipindən irəli gəlir.
Əminik ki,Rektor CƏFƏR CƏFƏROV ADPU-nun Cəlilabad filialı və onun aqranom direktoru Xudayar Sultanlı haqqında ciddi ölçü götürəcək və bu müqəddəs təhsil ocağında ciddi islahatlar həyata keçirəcəkdir.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Ardı növbəti sayımızda olacaq.Bizi izləyin…
Turantv.az