Axtarış...

Vidadi Zeynalovun ailəsi Korrupsiyaya İdarəsindən nə istəyir? - DETALLAR


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun ailə üzvləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsini məhkəməyə verib.

Qaynarinfo-nun məlumatına görə, keçmiş aparat rəhbərinin oğlanları Pərviz və Zeynal Zeynallı, qızı Lalə Zeynalova və xanımı Natavan Zeynalovanın iddia tələbi əmlakla bağlıdır. İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Məhkəmə çəkişməsi hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Vidadi Zeynalovun ailə üzvləri verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Elşən Kazımov iş üzrə hakim təyin edilib.

Vidadi Zeynalov 2015-ci ilin oktyabrında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Keçmiş aparat rəhbəri 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalov 2019-cu ildə azadlığa buraxılıb.

Qeyd edək ki, Vidadi Zeynalov məhkəmələrdə dəfələrlə uduzsa da, 43 milyonluq həbs qoyulan əmlaklarını geri istəyir. O, halal yolla bu əməlakları əldə etdiyini deyir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz