"İnşaatçılar metrosunun yanında yerləşən Ağçiçəyim restoranın yiyəsi elə bilir ki, küçə dədəsinindi. Hər axşam orda toy olanda vəziyyət belədir. Piyada yolunu bağladıqları üçün metrodan çıxanlar ordan keçmək üçün avtomobil yoluna çıxmalı olurlar.
Əlaqədar qurumlardan xahiş edirəm ki, müvafiq tədbir görsünlər. Piyada yolu park yeri deyil".
Qeyd edək ki, bunu jurnlist Çingiz Səfərli Yasamal Rayon İcra Hakimiyyətinə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və Baş Dövlət Yol Polisi İdarəsinə xitabən yazıb.
Bildirək ki, jurnlistin çağırışı geniş müzakirə olunub. Və özü də əlavə olaraq problemə diqqət çəkmək üçün bildirib:
"Yol kənarları bərbad vəziyyətdədir. Binaların həyətləri o gündə. Maşın saxlayır, 30-40 manat verməyin dərdindən maşını binanın qarajına aparmırlar. Bunların əlindən nə həyətə girmək olur, nə də çıxmaq. Bir gün çıxıb hamısın cızacam, ağılları başlarına gələcək..."
DİA-AZ.COM