Axtarış...

Təbii sərvələrimiz görün, KİMLƏRƏ ƏMANƏTDİR... - BU NƏDİ BELƏ?!


Ceyhun Hüseynov bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunandan sonra İdarənin nəzarət etdiyi ərazidə - Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında qanunsuzluq faktları intensiv şəkildə artması barədə çox deyilib, çox yazılıb. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub. Əvvəlki fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib.

Təzə rəisin son aylarda qol qoyduğu, göz yumduğu qanunsuzluqlar sırasından bir çoxunu (meşələrdə biletsiz ağac kəsintilərini, çay məcralarının istismarını, Qzılağac Milli Parkında baş verənlər və s.) biz qeydə almışıq. Bu mövzuda qələmə aldığımız axırıncı tənqidi məqalə belə adlanırdı: “Ceyhun Hüseynov 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini necə “gözüyumulu” idarə edir”.
Bu günlərdə Astara rayonundakı informatorlarımızdan biri dəniz kənarına maşınla gələrək sintetik tor qurub balıq tutmaqla məşğul olan brokanyerin video-görüntülərini redaksiyamıza göndərib.

Görüntülərdən məlum olur ki, brokanyer əsla ehtiyatlanmır, ətrafa göz gəzdirmir, bir sözlə, əməlinə görə təqib olunmayacağına, məsuliyyətə cəlb edilməyəcəyinə tam əmindir. Buradan o qənaətə gəlmək olar ki, o və onun kimi çox olduqları deyilən başqa brokanyerlər qanunçuluğun təmininə nəzarət etmək vəzifəsi daşıyan şəxslərlə, o cümlədən, “quyruğu suda olan” Ceyhun Hüseynovla iş birliyindədirlər, onların təmənnalarını qarşılayırlar.
Ceyhunh Hüseynovun təkcə dəniz və çay balığı biznesindən deyil, balıqqulağı biznesindən də faydalandığı məlumdur. Bunlar bir yana, məlum olub ki, adam zibildən də pul çıxarır. Lənkəran şəhərindəki pioliqona zibil daşıyan yerli icra nümayəndəliklərin, bələdiyyələrin sədrləri Ceyhun Hüseynov tərəfindən “tasa oturdulub”.

Həmin zibillər yandırılır ki, bunun da nəticəsində yayılan zəhərli tüstü ətraf mühitə, yaxınlıqda yaşayan sakinlərin səhhətinə ciddi ziyan vurur. Təəssüf ki, Ceyhun Hüseynov özünü həm də “iybilməzliyə” vurub.
Maraqlıdır, görəsən Ceyhun Hüseynova nəyə görə “dur” deyən yoxdur? Bəlkə daha yuxarıdakı havadarının “qələminin qrılmasını” gözləyirlər?

Azerinfo.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz