Lənkəranda intihar edən stomatoloq Müşfiq Bağırovun ölümdə şübhəli şəxslərin qeyri-qanuni pul köçürmələri ilə bağlı ayrıca icraata götürülmüş cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılır. İşlə bağlı məhkəmə sədri Kamran Süleymanov mərhumun atası DrZaman Bagirovu qəbul edib. Məhkəmə sədri zərərçəkmişə bildirib ki,Müşfiq Bagırovun ölümünə səbəb olmuş və hazırda sədrlik etdiyi məhkəmədə baxılan cinayət işini istintaqa qaytarmaq səlahiyyəti yoxdur. Onun sözlərinə görə, bunu yalnız Baş Prokurorlugun Dövlət ittiham idarəsinin məhkəmədə iştirak edən nümayəndəsi Samir adlı şəxs edə bilər.
Z.Bağırov deyir ki, məhkəmə kifayət qədər nöqsanları görürsə, nədən və hansı maraglara görə məsuliyyəti üzərindən atır?
Mərhumun atası iddia edir ki, qeyri-rəsmi pul köçürmələri istintaq tərəfindən düzgün hesablanmayıb, məbləğ azaldılıb. Ümumi məbləğ 10 milyon manatdan yuxarı olduğu halda, istintaq məhkəməyə yalnız 4 milyonluq dövriyyədən əldə olunmuş 48 min manatı qazanc kimi dəyərləndirərək günahkarları ağır cəzadan yayındırmağa çalışıblar. Cinayətdə təqsirləndirilən Aqşin Abdullayev istintaqa ifadəsində ümumi dövriyyədən 200 min manatdan çox qazanc əldə etdiyini etiraf edib. Bura digər təqsirləndirilən İ.Teymurovun ifadəsinidə aid etmək olar.
Z.Bağırov qeyd etdiyi nöqsanların yenidən araşdırılması və cinayətkarların layiqli cəzalandırılması üçün işin yenidən istintaqa qaytarılmasını tələb edir.
Zərərçəkmiş deyir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, heç bir dövlət qurumu reaksiya vermir. Z.Bağırov hesab edir ki, oğlu M.Bağırov özünün də içərisində olduğu şəbəkənin təzyiq və təhdidlərinin qurbanı olub.
“Baş prokuror Kamran Əliyev məni qəbul edən zaman işi şəxsi nəzarətinə götürdüyünü və milyonlardan söhbət getdiyini demişdi. Amma nədənsə, onun müstəntiqi işin sonunda məbləği kəskin azaldaraq günahkarları cəzadan azad etdi. Görünən odur ki, oğlum Müşfiqin qanı batırıldı”-deyə Z.Bağırov bildirib.
Müəllif: Anar Məmmədov - Mənbə: Criminal.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...