Axtarış...

"Bəlkə də nazirə deyiblər ki,mən kombayn satmışam..." - "Aqroservis" ASC-dən şikayət



"Nazirdən məni 5 dəqiqəlik qəbul etməsini xahiş etmişdim.Bu səbəblə ona teleqram vurmuşdum,uzun fasilədən sonra məni Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları şöbəsinin müdiri İlham Süleymanov qəbul etdi.Onunla görüşdükdən sonra işimə qayıdacağıma inamım var idi,indi görürəm ki,məni aldatdılar".

Millitv.az faktinfo.az-a istinadla xəbər verir ki, bu fikirlər İsgəndərov Qədir İsgəndər oğlu tərəfindən sayta göndərilən məlumatdandır.

Şikayətçi onu da bildirir ki,artıq teleqramı Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev cənablarına vuracaq. Kənd Təsərrüfatı Nazirliyinə şikayət etməyin,pozulmuş hüququmun onlardan tələb edilməsinin heç bir önəmi yoxdur,çünkü əminəm ki,oradakılar nazir Məcnun Məmmədov cənabına da yalan danışa bilirlər.Allah bilir mənim əmək müqaviləmə də xitam verilməsini hansısa absurd bir səbəblə əlaqələndiriblər,özlərindən nəsə uydurublar.

Bəlkə də deyiblər ki,mən kombayn satmışam,talançılıqla məşğul olub,mexanizmilərin ehtiyyat hissələrini aparıb evimdə saxlamışam.Və yaxud pamidorun qiymətinin 5-6 manat olmasının,kənd təsərrüfatı məhsullarından aslılığın artmasının bilavasitə günahkarı mən olmuşam. Nazir də buna inana,mənim əsassız yerdən əmək müqaviləmə xitam verilməsi ilə bağlı razılaşa bilərdi.Bunlardan nə desən gözləmək olar.Göz görə-görə yalan danışa bilirlərsə,üzə də durarlar.Amma mən bu işi belə buraxmayacam,ölkə rəhbərliyinə davamlı müraciət edəcəm.Görək mənim əmək müqaviləmə xitam verilməsini,təqaüd yaşıma 3 il qalmış işsiz qalmağımın səbəbini nə ilə əlaqələndirəcəklər.
Qeyd edək ki,kənd təsərrüfatı mütəxəsisi,40 ilə yaxın bu sahədə iş təcrübəsinə malik olan İsgəndərov Qədir İsgəndər oğlu "Aqroservis" ASC-nin Şəmkir Regional Nümayəndəliyinin Ağstafa rayon bölməsində mühəndis-mexanik vəzifəsində işləyib."Aqroservis" ASC-nin sədri Elmin Rəhimovun göstərişinə əsasən 20.12.2022-ci il tarixində əmək müqaviləsinə xitam verilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz