Axtarış...

Xocalı və Tərtərə təyin olunan komendantların adları məlum oldu - YENİLƏNİB

Xocalı və Tərtərə təyin olunan komendantların adları məlum oldu - YENİLƏNİB

Xocalı və Tərtərin komendantlarının adı məlum olub.

İmzalanan müvafiq əmrlərə əsasən, polkovnik Zaur Nəbiyev Xocalı, polkovnik Elçin Qasımov isə Tərtər rayonuna komendant təyin edilib.

Onlar müvafiq olaraq rayon polis rəisləridir.

Qeyd edək ki, Qarabağ bölgəsində aparılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçən şəhər, rayon, qəsəbələr üzrə komendantlar təyin edilib.

Xankəndi şəhərinin komendantı isə polis general-mayoru Sərdar Səfərovdur.


*** 18:05

Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsi yaradılıb.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantlar təyin edilib. V.Eyvazov işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib.



Şərh yaz