Paytaxtın Nizamı rayonunda daha bir piyada səkisi "obyekt" sahibləri tərəfindən sökülüb.
Millitv.az Avtosfer.az-a istinadla xəbər verir ki, rayonun, Şərq küçəsində Azərsutikinti Xəstəxanasının yanında piyada səkisi sökülüb.
Yeni tikilən obyektin sahibinin burada piyada səkisi hesabına "parkinq" yaratmaq istədiyi ehtimal olunur.