Gəncəyə Ermənistan tərəfindən raket atılmasından üç il keçir. Muxtar Hacıyev küçəsində yaşayan zərərçəkənlərin bəzilərinə hələ də evləri təhvil verilməyib. Raket düşəndə Flora Əlizadənin hər iki evi zərər görüb. Evlərindən biri tikilmək üçün sökülsə də, üç il ərzində tikinti yekunlaşmayıb. Bərpa edilmiş evinin divarında isə sonradan çatlar yaranıb:
“Bu cür dağılmış, zərər görmüş evimizə təmir yazmışdılar. Sonradan komissiya gəldi, baxdı. Dedi ki, bu, təmirlik ev deyil. Ona görə bir dənə əllərində onu əsas tuturlar ki, birinci dəfə sizin evə təmir yazılıb deyə, əşyalara pul verməyəcəyik.”
Gəncə sakini Rübabə Cəfərova deyir ki, raket düşərkən üç evi zərər çəkib. Dövlətin təkcə bir evinin tikintisini yekunlaşdırdığını bildirir.
Ancaq digər ikisinin tikintisi başladılmayıb, hər iki mənzilin əşya pulu ona kompensasiya şəklində ödənilməyib:
“Bizim ev raket düşən evdən 30 metr aralıdadır. 15 metr də oğlumun evi. FHN Bakıdan gəldi, evə qəzalı statusu verdilər. Qəzalı statusunu ortadan götürdülər o pulu yeməkdən ötrü. Axırda bizə FHN-dən yenidən məktub gəldi və biz bildik ki, evimiz qəzalıdır.”
2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı müharibədə Gəncəyə beş dəfə raket atılıb. Rəsmi rəqəmlərə görə, 26 nəfər həlak olub. 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə ziyan dəyib. Prezident İlham Əliyev sərəncam imzalayaraq zərərin tezliklə aradan qaldırılmasını bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Meydan TV-yə bildirilib ki, hər iki zərərçəkənin mənzillərinə qəzalı statusu verilib. Cəfərovanın mənzillərindən birində tikinti yekunlaşıb, digərində yarımçıq saxlanılıb. Flora Əlizadənin isə ziyan dəymiş iki mənzilindən birinin inşa işləri başladılıb, ancaq o da yarımçıq qalıb. Komitədən bildirilib ki, tikintinin yarımçıq qalmasına səbəb ailələrin dəymiş ziiyanı kompensasiya şəklində tələb etməsidir.
Razılıq əldə olunsa, ödəniş həyata keçiriləcək.
Flora Əlizadə deyir ki, hökumət onun məzilinin kvadratına 400 manat təklif edir. Bu pulla isə yenidən ev tikmək yetərli deyil. Onların tələbi dövlətin bərpa etdiyi evlərini söküb təzədən tikməsidir. Buna isə əlavə resurs ayrılacağı bəlli deyil.Gəncəyə Ermənistan tərəfindən raket atılmasından üç il keçir. Muxtar Hacıyev küçəsində yaşayan zərərçəkənlərin bəzilərinə hələ də evləri təhvil verilməyib. Raket düşəndə Flora Əlizadənin hər iki evi zərər görüb. Evlərindən biri tikilmək üçün sökülsə də, üç il ərzində tikinti yekunlaşmayıb. Bərpa edilmiş evinin divarında isə sonradan çatlar yaranıb:
“Bu cür dağılmış, zərər görmüş evimizə təmir yazmışdılar. Sonradan komissiya gəldi, baxdı. Dedi ki, bu, təmirlik ev deyil. Ona görə bir dənə əllərində onu əsas tuturlar ki, birinci dəfə sizin evə təmir yazılıb deyə, əşyalara pul verməyəcəyik.”
Gəncə sakini Rübabə Cəfərova deyir ki, raket düşərkən üç evi zərər çəkib. Dövlətin təkcə bir evinin tikintisini yekunlaşdırdığını bildirir.
Ancaq digər ikisinin tikintisi başladılmayıb, hər iki mənzilin əşya pulu ona kompensasiya şəklində ödənilməyib:
“Bizim ev raket düşən evdən 30 metr aralıdadır. 15 metr də oğlumun evi. FHN Bakıdan gəldi, evə qəzalı statusu verdilər. Qəzalı statusunu ortadan götürdülər o pulu yeməkdən ötrü. Axırda bizə FHN-dən yenidən məktub gəldi və biz bildik ki, evimiz qəzalıdır.”
2020-ci ildə Azərbaycan və Ermənistan arasındakı müharibədə Gəncəyə beş dəfə raket atılıb. Rəsmi rəqəmlərə görə, 26 nəfər həlak olub. 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə ziyan dəyib. Prezident İlham Əliyev sərəncam imzalayaraq zərərin tezliklə aradan qaldırılmasını bildirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Meydan TV-yə bildirilib ki, hər iki zərərçəkənin mənzillərinə qəzalı statusu verilib. Cəfərovanın mənzillərindən birində tikinti yekunlaşıb, digərində yarımçıq saxlanılıb. Flora Əlizadənin isə ziyan dəymiş iki mənzilindən birinin inşa işləri başladılıb, ancaq o da yarımçıq qalıb. Komitədən bildirilib ki, tikintinin yarımçıq qalmasına səbəb ailələrin dəymiş ziiyanı kompensasiya şəklində tələb etməsidir.
Razılıq əldə olunsa, ödəniş həyata keçiriləcək.
Flora Əlizadə deyir ki, hökumət onun məzilinin kvadratına 400 manat təklif edir. Bu pulla isə yenidən ev tikmək yetərli deyil. Onların tələbi dövlətin bərpa etdiyi evlərini söküb təzədən tikməsidir. Buna isə əlavə resurs ayrılacağı bəlli deyil. //meydanTV//