Ukrayna Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Kiyev rejimi S-200 hava hücumundan müdafiə sistemi raketi ilə terror hücumu həyata keçirib. Nəticədə bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib. 10-dan çox insan xəsarət alıb”, - deyə Rusiya MN bildirib.