Qəzzada 2500-dən çox ev dağıdılıb və ya o dərəcədə zədələnib ki, yaşayış üçün yararsız hala düşüb.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Qəzzada 2500-dən çox ev dağıdılıb və ya ciddi şəkildə zədələnib, yaşayış üçün yararsız hala düşüb. 23 minə yaxın digər ev isə orta və ya kiçik ziyana məruz qalıb”, - deyə o bildirib.
Düjarrik həmçinin qeyd edib ki, ən azı 88 təhsil müəssisəsi bombardmana məruz qalıb.