Axtarış...

“Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə beynəlxalq festival keçirilir

“Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə beynəlxalq festival keçirilir

2023-cü ilin 13-15 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində “Avrasiya Kuboku 2023” döyüş sənətləri üzrə Beynəlxalq festival-turnir, habelə sözügedən mötəbər tədbir çərçivəsində koşiki karate-do idman növü üzrə təcrübəli məşqçilərin iştirakı ilə seminar keçiriləcək.

Bu barədə Karate Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının komandası da Kata və Kumite növləri üzrə həmin yarışlarda, eləcə də göstərilən seminarda iştirak üçün rəsmi dəvət olunmuşdur. Adıçəkilən turnirdə iştirak etmək və ölkəmizi layiqincə təmsil etmək məqsədilə federasiyamız tərəfindən bir məşqçi və 11 idmançıdan ibarət yığma komanda artıq formalaşdırılmış və yarışa yola salınmışdır.

Qürur hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan Koşiki Karate-do Federasiyasının baş məşqçisi Nazim Mövsümzadə turnir çərçivəsində artıq 13 oktyabr 2023-cü il tarixində Rusiya Koşiki Karate-do Federasiyasının prezidenti Aleksandr Borisoviç Sokovikovla birgə Seminar keçirmiş və veteranlar arasında Kata yarışında iştirak etməsi gözlənilir.
Yığma komandamızın hər idmançısı iki növ üzrə, yəni Kata və Kumite yarışlarında iştirak edəcəkdir. Əsas yarışların 14-15 oktyabr 2023-cü il tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Dövlətlərimiz arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.



Şərh yaz