“Kristal Abşeron” vətəndaşı yaşadığı evdən çıxarmaq üçün məhkəməyə müraciət edib.
Millitv.az bildirir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, MTK məhkəmədə Habil Məmmədovla bağlı iddia qaldırıb. Prosesdə maraqlı şəxs isə “Azərbaycan Beynəlxalq Bankı”dır.
İşin mahiyyəti tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi, mənzil mübahisələri və mənzildən çıxarılmadır. İşə 10 oktyabr tarixində Sumqayıt Şəhər Məhkəməsində hakim Şəbnəm Həxiyevanın sədrliyi ilə baxılacaq.