Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı dövlətə sədaqətlə xidmət edirAzərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu ilin əvvəllərində Səfərbərlik və Hərb Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilən Mürsəl Qorxmaz oğlu İbrahimov təyinatından sonra bu xidmət sahəsində nələrin şahidi olduq. Qeyd etmək istəyirik ki, Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin ediləndən sonra bu sahədə apardığı köklü islahatlar nəticəsində əvvəlki illərdə bu xidmət sahəsində olan neqativ hallar tamamilə aradan qaldırılmışdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin bu günki mənzərəsi baxdıqda ölkəmizdə faliyyət göstərən dövlət müəssələri içərisində şəffaflığı ilə seçilən bir dövlət xidmətinin olması diqqət çəkməkdədir.
Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas məqsəd vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Sözügedən prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyət arasında körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması, ilk növbədə, vətəndaşların ilkin hərbi qeydiyyata alınması ilə başlanır. Azərbaycan Respublikasının 16 yaşı tamam olmuş bütün kişi cinsli vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən tibbi şəhadətləndirilərək qeydiyyata alınırlar. İlkin qeydiyyata alınma zamanı qeydiyyata alınan çağırışçıların sayının müəyyən edilməsi, onların hərbi xidmətə yararlılıq dərəcəsinin, təhsil, ixtisas (peşə) və fiziki hazırlıq səviyyəsinin öyrənilməsi başlıca vəzifələrdəndir. Qoşun növləri üzrə ilkin təyinat verilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçılar seçilirlər. Bununla belə, Xidmət tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Gənclərimizin ən mühüm vəzifələrindən biri Silahlı Qüvvələrimizin sıralarında Vətən qarşısındakı müqəddəs borclarını yerinə yetirməkdir. Fərəhli haldır ki, bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Çünki onlar hərbi xidmət dövründə təlim və məşğələlərdə döyüş hazırlığını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənirlər. Xidmət tərəfindən təşkil edilən ictimaiyyətin, şəhər və rayonların icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də hüquq mühafizə orqanları əməkdaşlarının, təhsil işçilərinin, ziyalıların, ağsaqqalların, Qarabağ müharibəsi veteranlarının, valideynlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə vətəndaşların ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yolasalma və ehtiyata buraxılan hərbi vəzifəlilərin qarşılanmaları ilə bağlı təşkil edilən təntənəli mərasimlər cəmiyyətdə rəğbətlə qarşılanır və böyük ruh yüksəkliyi yaradır.
Xidmətdə müxtəlif sahələr üzrə əldə olunan nəticələr əvvəlki illərin fərqli olaraq xeyli yüksəkdir. Hazırda səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirilir.
Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi və şəxsi heyətin iş şəraitinin yaxşılaşdırılması olduqca zəruri məsələlərdəndir. Qısa zaman ərzində bu istiqamət xeyli əsaslı işlər görülmüşdür. Hərbi vəzifəlilərin, çağırışçıların səfərbərlik və hərbi xidmətə çağırış kimi mühüm işlərinin icrasını daha mütəşəkkil qaydada təmin etmək məqsədilə Xidmətin yerli struktur bölməsi fəaliyyət göstərir. Xidmətin fəaliyyətində çağırışçılarla iş əhəmiyyətli paya malik olduğundan onların hələ orta məktəbdə təhsil aldığı dövrdən hərbi xidmətə hazırlanması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi həm qanunvericilik, həm də mənəvi baxımdan üzərimizə mühüm vəzifələr qoyur. Respublikada hərbi vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mövcuddur.
Ulu öndər Heydər Əliyev gəncləri "Azərbaycanın gələcəyi" adlandırır və deyirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir, demək olar ki, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Gəncliyə və gənclərə etimad artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Əlbəttə, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə güclərini səfərbər etməli, Vətənin inkişafı üçün səylə çalışmalı, onlara arxalanan ölkə başçısının etimadını doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə hazır olmalıdırlar.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər aparılır. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaqdır. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır.
Şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına Xidmət tərəfindən daim diqqət göstərilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı bu günlərdə həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.
18 avqust 2023-cü il tarixdə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 9 nəfərdən 1 nəfər mayor, 2 nəfər baş leytenant, 3 nəfər isə leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Həmçinin xidmətə qəbul olunan mülki şəxslərdən 1 nəfərə çavuş, 1 nəfərə kiçik gizir, 1 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.
Çox sevindirici haldır ki, gənclər – İkinci Qarabağ Müharibəsinin iştirakçıları xidməti davam etmək üçün məhz bizim qurumu seçiblər. İstər sülh, istərsə də müharibə dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan məsələlərin həll edilməsində, vətəndaşlarımıza vətənpərvərlik hisslərinin aşılamasında mühüm rola malik hərbi qurumdur.
Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.
Xidmətin savadlı və bacarıqlı əməkdaşlarla komplektləşdirilməsi işi prioritet olaraq nəzarətdə saxlanılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə və mülki işə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar müvafiq qaydada test imtahanlarına cəlb olunmuş, onların fiziki hazırlıqları və sağlamlıq vəziyyətləri yoxlanılmış, barələrində yoxlama tədbirləri həyata keçirilmiş, müsbət nəticə əldə etmiş şəxslər həqiqi hərbi xidmətə və işə qəbul edilmişlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləyən işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, onların ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə, "Həmkarlar ittifaqı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Xidmətin ilk həmkarlar ittifaqı təşkilatı təsis edilmiş və il ərzində işçilərin sosial-rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hər bir əməkdaşı xalqa, dövlətə sədaqətlə xidmət edir.
Media-Məlumat Mərkəzin analitik-informasiya şöbəsi