Axtarış...

Naxçıvanda `YENİ XAN DÖVRÜ`... - NARAZILIQ VAR!

Naxçıvanda `YENİ XAN DÖVRÜ`... - NARAZILIQ VAR!

Naxçıvan Muxtar Respublikasının (MR) sakini olan bir qrup taksi sürücüsü tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sürücülər deyirlər ki, Naxçıvanda yeni "Xan" adlı taksi şirkəti açılıb və bu şirkət vətəndaşların çörəyinə bais olur:

"Biz, taksi şoferləri olaraq, yazıb sizdən xahiş edirik ki, problemimizi işıqlandırın.

Bir müddət əvvəl Qazi olan şəxs hər yerə müraciət edərək, özünə "Xan" taksi şirkəti açdı. Biz dövlət taksiləri olaraq bu şirkətdən narazıyıq. Bizim haqqımıza girib, gediş haqqlarını 0.50 qəpik azaldaraq, müştərilərimizi əlimizdən alırlar.

İnsafınız olsun, bəs biz evimizə çörək aparmayaq?! Naxçıvanda onsuz da əhali azdır, buranı başqa şəhərlərlə müqayisə etmək olmaz. Qazidir, Allah onun canını sağ eləsin, bizim də içərimizdə müharibə iştirakçısı var, şəhidimiz var, qazimiz var, amma statusumuz var deyə kiminsə çörəyinə bais olmalıyıq?!

Biz taksi işlətməyə gələndə analizlərdən keçmişik, amma heç bilinmir yeni sürücülər kimlərdir, nəçidirlər. İş güc sahibi olan insanlar iş saatından sonra axşamlar taksi sürürlər. Ciddi yoxlanma olsa, görərlər ki, həqiqətən də dövlət taksilərinin haqqına girirlər.

Biz taksi sürücüləri olaraq, Naxçıvan Muxtar Respublikasının rəhbərliyindən xahiş edirik ki, müraciətimizi cavabsız qoymasınlar”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz