Axtarış...

Kommunal xərcləri öncədən bilmək olacaq – DETALLAR



Artıq mənzil almadan onun komunnal xərclərini müəyyən etmək mümkün olacaq.

Bu yenilik Nazirlər Kabinetinin təsdiqlədiyi enerji effektivliyi ilə bağlı qərarda əksini tapıb.

Energetika Nazirliyinin şöbə müdir müavini Nərgiz Bağırlı bildirir ki, binaların təyinatından asılı olaraq hər kvadrat metrə görə nə qədər enerji sərf edildiyi müəyyən ediləcək. Sərf olunan enerji miqdarına görə isə sinfləndirmələr aparılacaq. Bununla da vətəndaşlar mənzil sahibi olmazdan öncə hansı binanın kommunal xərclər baxımdan daha sərfəli olduğunu öyrənə biləcək.

Qurum rəsmisinin sözlərinə görə, sinifləndirmə A, B, C, D və E kateqoriyaları üzrə olacaq. Bu kateqoriayalar binanın enerji sərfinə uyğun olaraq təyin ediləcək. A,B və C sinfinə aid olan binalar enerji sərfiyyatı baxımından daha səmərəli hesab olunur.

Nərgiz Bağırlı bildirir ki, 2022-ci ilin iyun ayından etibarən D və E sinfində layihələndirilən binaların tikintisinə icazə verilmir. Çünki bu binalar daha çox enerji sərf edir və bu da vətəndaşın daha çox xərcə düşməsinə səbəb olur.

Daha ətraflı videoda:

Xəzər Xəbə
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz