"Azərbaycan Reallığı"na müraciət edən amma adının açıqlamasını istəməyən mənbə dələduzluğun qurbanı olub. Xanım bildirir ki, fərdi şəkildə şəxsin yox dələduz şəbəkənin qurbanına çevirilib. Haqsızlığa uğraması ilə bağlı hüquq-mühafizə orqanlarına üz tutub.
Hal-hazırda məsələ ilə bağlı cinayət işinin istintaq hərəkətləri getdiyi üçün bəzi dərin nüanslara toxunmuruq ki, istintaq hərəkətlərinə mane olmayaq.
Xanım şəxsi işi ilə bağlı bir neçə ay bundan öncə Nihad Əliyev adlı şəxslə tanış olur. Onun xaricdən satış məqsədi üçün avtomobil gətirəcəyinə söz verib etibarın qazanır ,daha sonra isə Yasamalda olan 140-150 min manata dəyərində olan evi ələ keçirir, mülkiyyət ələ keçəndə isə loru dildə desək işə digər dələduzlar cəlb olnur.
Nihad Əliyev Lətafət adlı şəxsi dələduzluq qurbanına çevirilən xanımla tanış edir və ona bildirilir ki, evini Abbasov Qabil Yasin oğlu adlı şəxsin adına keçirməklə ondan iş üçün faizə pul götürə bilərlər.
Qabil adlı şəxslə tanış olub evini onun adına rəsmiləşdirərək 55 min manat pul götürülüb iş qurmaq üçün pul Nihada verilir. Pulun faizini Nihad ödəyəcəyini bildirir. Dələduzlar əlbir olduğu üçün faiz ödənmir. Qabil xanımı faiz ödəməyə məcbur edir.
Təxminən 3-4 ay pulun faizi Qabil adlı şəxsə faktlarla verilir. Faiz pulunu verə bilmədikdə isə Qabil adlı şəxs xanımın mülkiyyətini satışa çıxarıb dəyər-dəyməzinə satacağını bildirir.
Bu məqamda Nihadin atası Raiq Əliyev meydana çıxır. Xanıma evi 10 illik ipotekaya salmağı teklif edir. Guya ipotekanı Rafiq ödəyəcək. Çarəsiz durumda qalan iki uşaq anası hüquq-muhafizə orqanlarına şikayət edir.
Media vasitələri ilə güc mərkəzlərindən kömək istəyir və nəhayət faktla bağlı cinayət işi başlanır. Amma cinayət işi nədənsə şəbəkəyə qarsı yox təkcə Nihad Əliyevə qarşı başlayır. İşinin peşəkarı olan Qabil Abbasov adlı şəxs hüquq-mühafizə orqanlarına yalan ifadə vərərək guya evi xanımdan 110 min manata aldığını deyir.
Daha sonra xanımın illərlə əziyyət çəkib sahib olduğu evi satışa çıxarmağa çalışır, bunu bacara bilməyən Qabil Abbasov evin boşaldılması ilə bağlı Yasamal rayon məhkəməsinə müraciət edib.
Ümidvarıq işlə bağlı cinayət işi başlanıldığı üçün məhkəməyə edilən müraciət əsassız olması qənaətinə gəlib rədd ediləcək, çünki şəxsin cinayatdə əlbir olub başqasının mülkiyyətini ələ keçirmək açıq-aşkar sübut olunur.
Dələduzluğun qurbanı olan ana bildirir ki, hüquq-mühafizə orqanları bu şəxslər barəsində ciddi araşdırma apararsa, onlar eyni analoji cinayati bir neçə nəfərə qarşı etdiklərdə sirr deyil.
Hətta xanımı qorxutmaq üçün Neftçilər ərazisidə bir başqa xanım faizi vermədiyi üçün evini satdığını özü etiraf edib. İnsanlar əziyyətlə, zülmlə əldə etdiyi evi bu dələduz şəbəkə ələ keçirərək bir anlığ dəyər-dəyməzinə satırlar və yaxud yaxın adamlarının adına keçirirlər.
Hələ üstəlik ölkədə kifayət qədər bank sistemi ola-ola bunlar rahatlıqla kimlərəsə istər az miqdarda, istər xeyli, istər külli miqdarda faizə pullar verirlər.
Zərərçəkmiş şəxsin hal-hazırda istintaq hərəkətlərinin gedişi ilə bağlı hər hansı narazılığı yoxdur. O evinin ələ keçirilməsində iştirak edən hər kəsin məsuliyyətə cəlb olunmasın istəyir, o cümlədən Qabil Abbasov adlı şəxsin müraciəti ilə bağlı Yasamal rayon məhkəməsindən ədalətli qərar gözləyirəm deyə sonda şikayətçi bildirir
"Azərbaycan Rellığı" yazıda adı keçən hər kəsin mövqeyini tanıyır.
AZƏRBAYCANREALLIĞI.COM