Axtarış...

Culfa gömrüyündə ƏCAİB QADAĞALAR - Əgər Naxçıvan blokadadırsa...



Iranla həmsərhəd Culfa sərhəd-keçid məntəqəsində 3 kilodan artıq ərzağın keçirilməsinə qadağa qoyulub.

Millitv.az bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat verib. Onlar deyir ki, bundan əlavə, gətirdiklər məişət avadanlıqlarına görə də onlardan qanunsuz pul alınır. Keçid məntəqəsindən şikayət edənlər əsasən, İran ərazisindən keçməklə Naxçıvan – Bakı – Naxçıvan avtobus reyslərinin sərnişinləridir. Bu reyslər hər gün 4 dəfə həyata keçirilir.

Ordubad rayon sakini M. Əsgərov deyir ki, Naxçıvan tərəfindən fərqli olaraq, Biləsuvardakı sərhəd-keçid məntəqəsindən Bakıya istənilən qədər ərzaq keçirmək mümkündür :

„Əslində, Naxçıvan blokadadır deyə, ərzağa məhdudiyyət qoyulmamalıdır. Təəssüf ki, tam əksinədir. Necə olur ki, Biləsuvar tərəfdən istədiyin qədər məhsul keçirmək olur, Naxçıvana isə yox? Məgər, Naxçıvanda Azərbaycan qanunları işləmir. Avtobusla Bakıya gedərkən, oradakı qohumlar üçün İrandan xeli ərzaq almışdım, keçid məntəqəsindən rahatlıqla keçirdim. Naxçıvana qayıdarkən düşündüm ki, eyni qanunlar bu Culfada da işləyir. 10-15 kilo ərzaq aldım ki, evə aparım. Çünki, İranda Naxçıvana nisbətən 3-4 dəfə ucuzluqdur. Lakin, bizimkilər buraxmadı. Dedilər ki, 3 kilodan artıq olmaz. Gömrk işçiləri əlimdəki ərzaqları alıb, müsadirə etdilər“.
Şahbuz rayon sakini B. Quliyev isə deyir ki, 200 manatlıq məişət avadanlığını Naxçıvana buraxmaq üçün ondan 50 manat rüsum tələb ediblər:
„Qanunla min manatdan yuxarı dəyəri olan məişət avadanlıqlarına müəyyən faiz rüsum alınmalıdır. İrandan alıb, Biləsuvar vasitəsi ilə Azərbaycana keçirəndə, bu qanun nəzərə alınır. Naxçıvan isə, sanki başqa ölkədir. 50 manatlıq əşyaya da rüsum alırlar. Bu yaxınlarda İrandan 200 manatlıq məişət ləavazimatı alıb, Naxçıvana keçirdim. Dedilər ki, 50 manat rüsum ödəməlisən, yaxud da geri qaytar. Başıma az qala hava gələcəkdi. Məcbur olub, dediklərini ödədim. Əvəzində qəbz istədim, güldülər mənə. Dedilər ki, biz qəbz vermirik“.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz