Hüquq müdafiəçisi Samir Adıgözəlli QHT Agentliyinin Müşahidə Şurasının sədri, millət vəkili Azay Quliyevin Pirşağıdaki bağ evi – villasının görüntülərini yayıb.
Məlumatda bahalı villanın korrupsiya pulları hesabına tikildiyi iddia edilib:
"Xəritədə gördüyünüz bağ təkcə evdən ibarət deyil, burda hər cür şərait yaradılıb. Dənizə yaxın məsafədə tikilən Villa kompleksdə Azay müəllim stadionda yaradıb.
Buyurun tanış olun QHT Şurasına illərdir ayrılan dövlətin milyonları haralara xərclənib.
Bu hələ bir faktdır. Görün bu stadionlardan daha neçə yerlərdə, İstanbulda vardır. Gərəkli məqamda onları da paylaşacam, həmdə video çıxışla.
Aydın məsələdir ki Azay Quliyev millət vəkili maaşı ilə fantastik komforta, mulklərə sahib olması mümkün deyil.
Neçə -neçə qht rəhbərləri, jurnalistlər var ki, evsiz qalıblar, bunlarda isə pulun artiqligina bax özlərinə stadion tikirlər.
Bu qədər harınlıq və QHT sektoruna düşmən kəsilməyin bir məntiqli cavabı mütləq olmalıdır."
Onu da bildirək ki, bir neçə gün öncə “Arqument.az” saytında İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin sədri Azay Quliyevin fəaliyyətinin araşdırılmasını tələb edən yazı ictimailəşmişdi.
Həmin yazıda İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi bildirirdi ki, son günlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya halları ilə bağlı etirazlar səngimir.
“Heç kimin şübhəsi olmasın ki, nə qədər Azay Quliyev kimi korrupsionerlər o agentliyin başında olacaqlar, o vaxta kimi də orada korrupsiya halları səngiməyəcək”, – deyə təşkilat rəsmi səhifəsində bildirib.
Təşkilat ölkənin Baş Prokurorluğuna da müraciət edib.
Bildirib ki, Baş Prokurorluq Agentlikdə korrupsiya halları ilə bağlı mütləq araşdırmalara başlamalıdır.
İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi sədri Fikrət Cəfərli “Arqument.az”a belə bir çağırış etdiklərini təsdiqləyib.
O deyib ki, Agentliyin qeyri-şəffaf fəaliyyəti 10 ildən artıqdır müzakirə olunur.
Azay Quliyev isə 2008–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri vəzifəsində çalışıb.
2021-ci ildə Şuranın adı dəyişib, Agentlik adlandırılıb.
Azay Quliyev də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri təyin olunub.
O, 13 ildir ki, bu vəzifədə çalışır.Arqument.az