Axtarış...

Millətin gələcəyi ilə bazarlıq etməzlər, Ramal Şəmşədli… – Beynəlxalq Təhsil Mərkəzində nələr baş verir..?


Yazıya giriş olaraq onu qeyd edək ki, son illər ən çox tənəzzülə məruz qalan sahə təhsilimizdir. Söhbət həm orta məktəblərdən, həm də ali təhsil müəssisələrindən gedir. Təsəvvür edirsiniz, özünü təhsil eksperti hesab edənlər deyir ki, məktəb direktoru pedoqoq olmaya bilər, hətta aqronom da ola bilər. Guya, Allah qoymasa, məktəb direktoru menecer olmalıdır.
Təsəvvür edirsiniz, bu gün Elm və Təhsil Nazirliyində pedoqoji sahəni bilənlər yoxdur, çoxu keçmiş “Narxoz”un məzunlarıdır. Təsəvvür edirsiniz, ömründə 1-cə saat sinfə girib dərs keçməyən birini Regional Təhsilə müdir təyin edirlər. Belə hallar kifayət qədərdir, saymaqla qurtaran deyil.
Müdriklərdən biri deyir ki, bir milləti məhv etmək üçün onun təhsilini məhv etmək yetər. Bütün bunlar azmış kimi, ölkədə saxta diplomlar da ciddi problemə çevrilib. Təsəvvür edirsiniz, DİM-in qəbul imtahanında az bal toplayan biri hansı yollasa Tibb Universitetinin tələbəsi olur və həmin şəxs gələcəkdə həkim kimi millətin qəssabı olacağını düşünmür.
Son vaxtlar təhsilimizlə bağlı yeni ideyalar ortaya atılıb, qəbul imtahanları ləğv edilsin. Yaxşı, qəbul imtahanları ləğv ediləcəksə, tələbə hansı kriteriya ilə məlum olacaq. Yəni müasir texnologiyanın biliciləri həmişə imtahan verməyə hazır olmalıdırlar. Ancaq bəzi şəxslər istəyirlər ki, ölkənin təhsil sistemini başdan – başa məhv etsinlər.
Belə təhsil ekspertlərindən biri də Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru Ramal Şəmşədlidir. Təhsil eksperti Ramal Şəmşədli deyir ki, orta məktəblər 12 illik, ali məktəblər isə 3 illik olmalıdır. Bundan soruşan lazımdır ki, bunu nəyə əsaslanıb deyirsən, bir məntiq olmalıdır dəə…
Ramal Şəmşədli deyir ki, ümumiyyətlə, imtahanlar ləğv olunmalıdır, bir çox fənnlər ləğv edilməlidir. Fikir verdinizmi, imtahanlar ləğv olunmalı, fənlər ləğv olunmalı, fənlərin sayı maksimum azaldılmalıdır…bəs yerdə…nə qaldı. Deməli, bəzi maraqlı şəxslərin məqsədi ölkə təhsilini bazara çevirməkdir. Beynəlxalq Təhsil Mərkəzinin https://www.facebook.com/beynalxalqtehsilmerkezi/ səhifəsinə daxil olub ötəri nəzər salırıq. Az bal toplayıb, amma universitet oxumaq istəyən abituriyentlərin nəzərinə heç bir imtahan vermədən istədiyiniz ixtisas üzrə təhsil almaq üçün bizə müraciət edin. Ünvan: Nərimanov r., Əhməd Rəcəbli 189 Ramal Şəmşədli Təsisçi və direktor.
İndi özünüz fikirləşin, bu məzun az bal topladığı üçün Azərbaycanda ali məktəblərin heç birinə daxil ola bilməyib. Yəni savadı, təhsili yetərli olmayıb, buyursun kolleclərdə təhsil alsın, yaxud yenidən hazırlaşsın və s.
Amma Ramal Şəmşədlinin təsisçi və direktor olduğu Beynəlxalq Təhsil Mərkəzi deyir ki, lap SIFIR bal toplasan da orta məktəb attestatını gətir və pulunu ver, səni Türkiyədə, hətta Polşada universitetlərin birinə düzəldək get oxu.
Bir soruşan yoxdur ki, minimal bal toplaya bilməyən məzun Türkiyədə, yaxud Avropada oxuyub necə mütəxəssis olacaq..? Və sabah o Azərbaycana qayıdıb xalqa necə xidmət edəcək..?
Deməli, Beynəlxaq Təhsil Mərkəzinin səhifəsində izləyicilərdən biri yumorla yazır ki, mən 9-cu sinif attestatı ilə universitetə girə bilərəmmi…? Bəli, doğrudan da, acınacaqlı durumdur. Bəlkə, ibtidai sinif kağızı ilə universitetlərə düzəldəsiniz, cənab Ramal Şəmşədli..?
Deməli, redaksiyamıza daxil olan məlumata görə, Beynəlxalq Təhsil Mərkəzində imtahansız qəbul üçün 1500 manat alırlar, bu təhsil haqqının 30 faizi deməkdir. 120 manat imtahan pulu ona görə alınır ki, imtahan zamanı, guya, abituriyentə kömək edəcəklər, sonra deyirlər ki, əgər imtahandan kəsilsəniz, yenidən imtahandan keçmək üçün 60 manat ödəməlisiniz. Yaxşı, bizim televiziyalarımızda bəh – bəhlə reklam olunan Beynəlxalq Təhsil Mərkəzinin qəbulu haradan pulsuz oldu? Görəsən, bu təhsil mərkəzini yalandan reklam edən televiziyalar Elçin Mehdiyev kimi hüquqlarını bilən və onu hər yerdə tələb edən şəxslərlə rastlaşacaqlarını bilmirdilərmi? Sözün qısası, bu işin bir adı var – TƏHSİL BAZARI… Biz isə deyrik ki, millətin gələcəyi ilə bazarlıq etməzlər… Bazar olmasın, Ramal Şəmşədli. Gündəlik Bakı
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz