Axtarış...

`Unikal` Klinikada ÇOBANLARA AĞ XALAT GEYİNDİRİBLƏR... - BU NƏDİ BELƏ?



Bu günlərdə redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Rəşid İsmayılov-11D ünvanında yaşayan Məmmədova Sevinc İntizam qızı tərəfindən video-müraciət daxil olub. Sevinc Məmmədova video-müraciətində qeyd edir ki, “Təqribən 2 il 6 ay bundan əvvəl sol ayağımda dərin venoz tromp, yəni yara əmələ gətirən xoşagəlməz xəstəlik əmələ gəldi. Düzdür, ilk əvvəl buna o qədər də əhəmiyyət vermədim, amma günlər keçdikcə ayağımda əmələ gələn problem daha da böyüməyə və pis vəziyyətə düşməyə başladı. Həmin vaxtlarda özünü həkim deyə təqdim edən Məşədiyeva Xəyalə Zəfər qızı, 1 ay ərzində ayağımı ev şəraitində müalicə etdi.

Buna baxmayaraq, son anda heç bir nəticə əldə etmək mümkün olmadı, əksinə xəstəlik daha ağır formaya keçdi. Belə olan halda Xəyalə Məşədiyeva məni 2021-ci ilin may ayında Sumqayıt səhəri, Bakı kucəsi-37, 44-cu məhəllədə fəaliyyət göstərən, hansı ki, özünün də çalışdığı “Unikal” klinikaya özəl səhiyyə müəssisəsinə apardı. Düzdür, bu səhiyyə müəssisəsində məndən bir neçə analiz götürdülər və buna görə də “Unikal” klinikaya müəyyən ödənişlər ödədim. Məsələnin düşündürücü tərəfi o oldu ki, bu kinikada çalışan həkimlər ayağımdakı problemə baxsalar da, onlardan heç biri müalicə işləri ilə bağlı məsuliyyəti üzərinə götürmədilər. Belə olan halda məcbur olub RF-nin paytaxtı Moskva şəhərinə getdim və sol ayağımda əmələ gələn problemi orada müalicə etdirdim. Düzdür, 5 ay xəstəxanada qaldım və həmin vaxt ərzində ayağımdan 8 dəfə cərrahi əməliyyat olundum.

Aparilan müayinə və müalicələrdən sonra ayağımdakı xəstəlik tam şəkildə sağalmasa da, amma problem kifayət qədər aradan qaldırıldı. Üz-üzə qaldığım belə bir xəstəliyə görə, hal-hazırda 2-ci qrup əliləm. Qeyd edim ki, özünü mənə həkim deyə təqdim edən, amma “Unikal” klinikada tibb bacısı işləyən Xəyalə Məşədiyevanın günahı ucbatından, sol ayağımda əmələ gələn, daha sonra həyata keçirilən müayinə və müalicə işlərinə, cərrahi əməliyyatlara və digər xərclərə görə üstüstə təqribən 60 min manat məbləğində maddi ziyana düşdüm. Daha pis hal o oldu ki, ayağımdakı problemi tam şəkildə aradan qaldırmaq mümkün olmadı və xəstəliyə görə əlil oldum. Bu gün istərdim ki, məni belə bir duruma salan və tibb bacısı vəzifəsində çalışan Xəyalə Məşədiyevanın atdığı addımlara hüquqi qiymət verilsin. Çünki, həmin xanım ilk gündən məni aldatdı və indi bəlli olur ki, o, ayağımdakı xəstəliklə bağlı məlumatsız olduğu halda, həmin xəstəliyə qarşı düzgün müalicə işləri həyata keçirmir ki, sonda belə bir duruma düşməli oldum.

Deryaz.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz