Axtarış...

Nazir müavini öz qaynanasını İctimai Şuraya seçdirdi

Nazir müavini öz qaynanasını İctimai Şuraya seçdirdi

Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu keçirilib.
Azinforum.az xəbər verir ki, seçki zamanı Mədəniyyət naziri müavininin qaynanasının İctimai Şuraya seçilməsi ciddi narazılığa səbəb olub.
Narazılardan biri olan jurnalist Xanoğlan Əhmədov məsələ ilə bağlı sosial şəbəkədə bunları yazıb:
“Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci turu başa çatdı. Öncə, seçilənləri təbrik edib keçirəm mətləbə. Hörmətli Mədəniyyət naziri, əgər bu seçkidə sonda sizin “dobro” verdiyiniz siyahı keçəcəkdisə, digər namizədlərə bunca stress yaşatmağa nə ehtiyac vardı? Yaxud müavininizin qayınanası İctimai Şura üzvü olmasaydı, dünya dağılacaqdı? Yaxud İctimai Şuranın gələcək sədri olacaq (dəqiq məlumatdır) Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2016–2022), 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən “ADA” Universitetində “Azərbaycançılıq” kursunu tədris edən hörmətli professor Nizami Cəfərov bu qədər vəzifələri icra etmək üçün vaxt tapa biləcək? Cənab nazir, heç olmasa, 2-3 nəfərin sizin siyahıdan kənar seçilməsini özünüzə rəva bilmədiniz? Hələlik, bu qədər. Mövzuya yenidən qayıdacam”.
Bəs, İctimai Şuraya seçilən qayınana kimdir?
Bakupost.az -ın əldə etdiyi məlumata görə, bu şəxs Bəyimxanım Verdiyevadır. Onun Mədəniyyət nazirinin müavini Murad Hüseynovun qayınanası olduğu bildirilir.
Qeyd edük ki, B.Verdiyeva bundan əvvəl Mədəniyyət Nazirliyi yanında İctima Şuranın katibi olub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənmək istəsək də, mətbuat xidmətinə zənglərimiz cavabsız qaldı.

Azinforum.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz