Çox təəssüf ki, inkişaf etmiş Avropanın bir zamanlar, 40-50 il əvvəl istifadə etdiyi, sonra isə zərərinə görə qadağan elədiyi bir çox məhsullar son illər Azərbaycana yol tapmağa başladı və bu gün də bəh-bəhlə istifadə olunur. Kimlərsə bu yolla milyonlar qazanır, amma millətin sağlamlığı sıradan çıxır, belə demək mümkündürsə, millətimizin genefondu məhv olur. Belə məhsullardan biri də ENERGETİK İÇKİLƏRDİR.
Məlumat üçün onu da qeyd edək ki, artıq Avropa ölkələrində, hətta yaxın qonşumuz Rusiyada energetik içkilər qadağan olunub. Bizdə isə… Bizdə isə səhər açılan kimi küçələrdə, dayanacaqlarda cavanların, qocaların, hamilə qadınların, hətta məktəbli şagirdlərin əlində energetik içkilər görürük. Elə bil kimlərsə milləti kütləvi olaraq bu energetik içkilərə yoluxdurub. Əslində bu içkilər də narkotik kimi insanlarda asılılıq yaradır. Belə energetik içkilərdən biri də BİZON-dur. Hətta məşhur reklamı da var: BİZ ONU SEÇDİK. Bu məhsulun Azərbaycanda istehsalçısı “Avrora” MMC tərəfindən istehsal olunan “Bizon Energy”dir. Bu şirkətin sahibi Ceyhun Abbasovdur. Ən dəhşətlisi bilirsiniz nədir..?
Biz yuxarıda energetik içkilərin, o cümlədən BİZONUN zərərindən, dünyada qadağan olunmasından danışdıq. Amma bizim ölkədə vəziyyət daha dəhşətli imiş. Belə ki, Ceyhun Abbasovun hər gün yüz minlərə, bəlkə də milyonlara satdığı və üzərində energetik içki ( “ENERGY” və “CHARGE YOUR POWER”) yazdığı BİZON saxta imiş. Bu bizim gümanımız, fərziyyəmiz deyil ee… İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Bəlli olub ki, alkoqolsuz içkilərin üzərində, alkoqolsuz sözlərinin istifadə olunması, istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Yəni iş adamı Ceyhun Abbasov neçə ildir ki, istehlakçıları aldadır – “BİZON” enerji içkisi deyilmiş… Detallara varmaq istəmirik, ancaq ekspertlər qeyd edir ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir. Amma Ceyhun Abbasovun BİZON-u bu qayda və normalara cavab vermir. Ceyhun Abbasov öz müsahibələrinin birində energetik içkilərə aksizlərin tətbiq olunmasını pisləyir, hətta özündən razı bu adam deputatları, dövlət qurumlarını ittiham edir. Görəsən, özündən razı bu məxluqun arxasında kimlər dayanır ki….o belə bərk gedir..? Onu tanıyanların dediyinə görə, Ceyhun hər yerdə “Mən Ordubadlı Ceyhunam….yuxarılarda….hüquq-mühafizə orqanlarında adamlarım var…kimi istəsəm “nakazat” edərəm” deyir…. Bu özündən çox razı, müştəbeh məxluqun əməlləri elə bilirsiniz bununla bitir..? “Avrora” şirkətinin sahibi Ceyhun Abbasov “BİZON”u reklam edən gənc qızlarla necə rəftar edir…? Bax bu başqa yazının mövzusudur. Amma məsələnin ciddiliyini nəzərə alaraq, “BİZON” və onun satışından milyardlar qazanan Ceyhun Abbasova bildirmək istəyirik ki, heç də özünü yorub Hüquq Mühafizə Orqanlarından bizə təsir gücü axtarma. Bu məsələ ilə bağlı kim bizə zəng vuracaqsa, adı mətbuatda hallandırılacaq. Çünki “BİZON” xalqımızın sağlamlığına zərərdir.
Bəli, biz inanırıq ki, Dövlət Qurumları Ceyhun Abbasovun rəhbərlik etdiyi “Avrora” şirkətində yoxlamalara başlasalar, onun həbsi qaçılmaz olacaq.
Medianews.az