Axtarış...

Şeyxin qohumudur deyə 48 saylı notarius 3 ünvanda fəaliyyət göstərir - ŞİKAYƏT


"Məndən öncə də bir neçə dəfə 48 saylı notarius barəsində yerli KİV-də şikayətlər dərc olunmuşdur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra söügedən dəliyyə orqanı ilə bağlı ilginc faktı açıqlayır: "Bu notariusun rəhbəri Səadət Hüseynov öz qanunsuz əməllərindən əl çəkmək fikrində deyil. Allahşükürün Paşazadənin qohumu olan bu insan heç bir xəbəri olmadan və hüquqi savadı olmayaraq 1999-cu ildən bəri 48 saylı notariusa rəhbərlik edir.

Bu azmış kimi uzun illərdir ki, qanuna birbaşa zidd olaraq belə ki, bir noratiat nömrəsi ilə iki binada yəni fərqli ünvanlarda fəaliyyət göstərir. Bu azmış kimi son dövrlərdə üçüncü binada fərqli ünvanda fəaliyyət göstərməyə başlamışdır.

Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində fəaliyyət göstərəcəyini Ədliyyə orqanlarına bildirsə də, bundan başqa “Meyvəli” deyilən yerdə fəaliyyət göstərən Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ-nin həyətində və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir.

Sual olunur bu insan qanunun tələblərini pozmaqdan heçmi utanmır? Çox maraqlıdı necə olur ki, bu insanın əməllərini heç kim görmür və ya göz yumur.

Güman edirəm ki, bu materialın dərcindən sonra Ədliyyə Nazirliyi müvafiq addımı atacaq..."

Qeyd edək ki, materialın müəllifi redaksiyamıza öz iddialarını sübutlayan fotofaktları da yollayıb.



Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz