Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.
Nazirlikdən bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.