Vətəndaş Abdullayev Natiq Yadulla oglu ve Həziyev İnqilab Turab ogluna mexsus olan Füzuli rayonun Haramı duzu adlanan ərazidəki buğda sahəsindən oğurluq olub.
Şikayətçilər "Azərbaycan Reallığı"na bildirirlər ki, oğurluq edən şəxsləri Füzuli rayon icra başçısı Alı Alıyev himayə edir. Bildirilir ki, dövlətdən müqavilə əsasında icarəyə götürülmüş Haramı düzündə yerləşən səhədə 100 hekta taxıl, 30 hektar arpa məhsulu Abbasov Elməddin İsmayıl oğlu, Abbasov Ələmşah İsmayil oglu və Abbasov Nəcməddin İsmayil oğlu tərəfindən biçilərək götürülmüşdür.
Şikəyətdə qeyd olunur ki, Elməddin Abbasov digər qardaşları Nəcməddin və İsmayılla birlikdə 6-8 iyun tarixlərində Füzuli rayon icra başçısı Alı Alıyevə arxalanaraq gizli şəkildə 130 hektar sahəni biçdirərək vətəndaşa külli miqdarda ziyan vurublar. Hadisədən xəbər tutan sahibkarlar əraziyə gələrək oğurluq biçimin qarşısını almağa çalışsalarda Elmədddin Abbasov, qardaşları və 10-a yaxın kəndlisi ilə onlara hücum edərək rayon icra başçısı Alı Alıyevin bu sahəni onlara verdiyini bildiriblər.
Oğurluq edən şəxslər Alı Alıyevin adından danışdıqlarını, şikayət və narazılıqlarını isə icra başçısına deməyi tövsiyyə ediblər. Şikayətçilər bildirirlər ki, məsələ ilə bağlı Füzuli rayon polis idarəsinə məlumat verdikdən sonra, 13 iyun tarixində polis əməkdaşları və kənd icra nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirildi.
Keçirilən baxışda isə məlum oldu ki, 100 hektar buğda, 30 hektar arpa məhsulumuzu biçib oğurlayıblar. Baş vermiş oğuluqla bağlı akt tətbiq olundu və hadisə ilə bağlı Füzulu rayon icra başçısının qəbuluna düşmək istəsəkdə Alı Alıyev bizi qəbul etməkdən imtina etdi. Şikayətdi bildirir ki, icra başçısının bizi qəbul etməməsindən sonra isə polis idarəsində də şikayətimizə baxan olmadı.
Məsələ ilə bağlı qarşı tərərfin də mövqeyini dərc etməyə hazırıq
AZƏRBAYCANREALLIĞI.COM