Axtarış...

Mərdəkanda bir bələdiyyə sədri var... hamıya `YOX` deyir... - İTTİHAM VAR!

Mərdəkanda bir bələdiyyə sədri var... hamıya `YOX` deyir... - İTTİHAM VAR!

İndi haqqında bəhs edəcəyimiz Hüseynov Mirbaba Miri oğlu Mərdəkan bələdiyyəsinin sədridir. Biz demirik ki, Mirbaba Hüseynovun “dəlilik kağızı” var-filan... Amma media üzərindən apardığımız xırda bir araşdırma zamanı bəlli oldu ki, bu şəxs dəfələrlə saxlanılıb və...1-2 gün sonra sərbəst buraxılıb. Bu necə olur axı...? Məgər onun da 9-B kağızı var..? Bütün Mərdəkanda ən bahalı torpaqların alverçisi kimi ad-san qazanan, milyonlara sahib olan Mirbaba Hüseynov ölkə qanunlarını istədiyi vaxt pulla poza bilir. Hətta xəbərlərin birində oxuduq ki, Ekologiya Nazirliyi Xəzərə tullantı axıtdığı üçün bələddiyyə sədrini 2000 manat cərimələyib. Mərdəkan camaatı deyir ki, Mirbaba üçün 2000 manat yarımsot torpaq da eləmir...
Deməli, paytaxt Bakının ən bahalı torpaqları Xəzər rayonunda, daha dəqiq desək Mərdəkan qəsəbəsindədir. Ümumiyyətlə, Xəzər rayonunda Mərdəkan, Şüvəlan, Buzovna, Şağan, Binə, Zirə, Türkan, Qala bələdiyyələri fəaliyyət göstərir. Adi oxucu da görə bilər ki, kurort zonası sayılan bu bələdiyyələrin ərazisindəki torpaqların qiyməti az qala qızıl qiymətinədir.
Təsəvvür edin ki, Mərdəkanda Xəzər dənizinin sahilində nə qədər kafe, restoran varsa hamısının xeyir-duasını Mirbaba verib. Mirbaba Hüseynov Mərdəkanda ən bahalı torpaqları bələdiyyə sənədi ilə satıb, dəniz sahilini kimlərəsə hədiyyə edib. Mirbaba orda-burada öz xeyriyyəçiliyindən, kasıblara 50 manat verməsindən danışır. Adama deyərlər ki, xalqın torpaqlarını satıb milyonlara sahib olmusan, indi də xeyriyyəçilikdən danışırsan... Mərdəkan camaatı Mirbabaya “prostina satan” deyir. Belə ki, Mirbaba Hüseynov bələdiyyə sədri olmazdan öncə Xəzər rayonundakı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında “zavxoz”, yəni Təsərrüfat İşləri üzrə müdir olub.
Bəli, bir vaxtlar köhnə “Jiquli”də gəzən, xəstəxananın mələfələrini, tualet aftafalarını satan Mirbaba indi ən bahalı xarici avtomobillərdə gəzir. Ümumiyyətlə, Mirbabanın ali təhsilinin olub-olmadığı da dəqiq bəlli deyil. Mərdəkan camaatı deyir ki, Mirbabanın həyatı da macəra ilə doludur, bu günədək subaydır. Əlbəttə, bu Mirbabanın özəl həyatı olduğu üçün çox dərinə getmirik. Amma Mirbabadan soruşan lazımdır ki, hazırda Acsess banka, Oba marketə, House inşaata icarəyə verdiyin obyektlərini, gecə-gündüz işləyən mebel sexlərini hansı pulla qazanmısan. Bax, Mirbabaya bu suallar veriləndə, onun həbsi qaçılmaz olacaq. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz