Ölkəmiz müstəqillik qazandıqdan bu yana, dövlətin diqqət və qayğısı ilə əhatələnən bir sahə də, azad sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması olub. Bu sahənin inkişafında yetərincə qanunu baza yaradılıb, yeni inkişaf yönündə mütəmadi olaraq bu qanunlarda mükəmmələşdirilir.
Lakin bəzi işbazlar bu qanunları ya görməməzlikdən gəlir və yaxudda, " burada mənəm, Bağdadda kor xəlifə" - deyərək, özbaşınalığına rəvac verir. Bunun nəticəsi isə, vətəndaşlarımız incik düşüb, aidiyyatı qurumlara müraciətlər edirlər. Bəzən bu cür işbazları yuxarılardan kimsə himayə edəndə bu müraciətlərin nəticəsi olmur. İnsanlar dövlətdən incik düşüb, narazılıq edirlər.
Bu yaxınlarda, "Moskva" Unvermağı kimi tanıdığımız ticarət mərkəzi, Səhmdarların istəyinə uyğun adı dəyişdirilərək "Moskva Ticarət Mərkəzi" kimi fəaliyyətini davam etdirib. Bu yaxınlarda isə, ticarət mərkəzinin icraçı direktoru dəyişdirilib, Əhməd Xankişiyev adlı biri həmin vəzifəyə gətirilib. Həmin Ticarət Mərkəzində narazılıq doğuran halları, özbaşınalıqları bizə danışan, hələlik adının çəkilməsini istəməyən, həmin mərkəzdə işləyən biri, orada başverənləri bizə nəqil etdikdə təəccübləndik. Həmin şəxs bildirir ki, Əhməd Xankişiyev mövcud qanunlara uyğun Səhimdarlar və icarədarlarların səs çoxluğu ilə seçilməyib. O, yuxarıdan kimlərinsə tapşırığı ilə ticarət mərkəzinə icraçı direktor təyin edilib. Elə bunun nəticəsi olaraq, icraçı direktor heç kimlə məsləhətləşmədən Ticarət Mərkəzində özbaşına struktur, yenidənqurma kimi işlər aparır ki, buda bir çox Səhimdarların və icarədarların narazılığına səbəb olur. Bir çoxu hələ ki, narazılığını açıq dilə gətirmir. Amma görülən işlərdən çox narazıdırlar. Əhməd Xankişiyev təyinatından sonra öz ətrafın, bir vaxtlar orada polis tərəfdən mühafizəçilik edən Mais indi mülki mühafizəçilik edir. İnzibatçılığa indi Mövlud, təsərrüfat müdirliyinə isə Mübariz başçılıq edir. İcraçı direktor Əhməd Xankişiyev bundan başqa öz qohum-əqrəbasından yığıb özünə bir komanda düzəldib. Əvvəlki yerləri bölüb butik düzəltdir ir, kənar şəxslərə 60-70 min manata satır. Heç bir əsas gətirmədən, heç kimlə razılaşdırılmadan özləri bildiyi kimi söküb dağıdır, orada işləyənlərlə davranıb narazı salınırlar. Çox vaxt haqqın istəyəni, etiraz edib dinəni zor gücünə susdurmaqla hədələyirlər. Zərgərlik məmulatlarının yenidən işlənilməsi yeri, istifadə olunan kimyəvi maddənin açıq yerdə istifadəsi qorxulu xəstəliklərə yol açacağını desək də, bir ölçü götürmür.
Əhməd Xankişiyevin işə gəlib-getmə səhnəsin kənardan izləyən olsa, düşünər ki, hansısa dövlətin yüksək çinli məmuru Ticarət Mərkəzinə gəlir. 3- mikrorayon dairəsindən Mərkəzin həyətinə qədər təmtaraqlı mühafizə koridoru yaradılması, mühafizəçilərin haray-həşir salaraq canfəşanlıqları adamı lap vahimələndirur...
Bütün bunları bizə danışan narazı tərəfin nümayəndəsi, KİV olaraq bizim vaistəmizlə dövlət başçısına, Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya və aidiyyatı digər qurumlara səslərinin çatdırılması xahişin, KİV olaraq çalışacağıq. Və bununla bərabər qarşı tərəfi də dinləyib, mövqeyin dərc etməyə hazırıq... //azerinfo.media//