Moldovanın paytaxtı Kişinyov şəhərində 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində Azərbaycan yığmasının üzvü Hüseyn Heydərov (81 kq) birdən qaldırmada 118 kq nəticə ilə qızıl medal qazanıb.
İdmançımız təkanla qaldırma hərəkətində 139 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala layiq görülüb. Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.