Axtarış...

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM


Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Sərəncamda deyilir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz