Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.
Millitv.az Bakıvaxtı-na istinadla xəbər verir kibununla bağlı daxili işlər naziri, general polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Ceyhun Qurbanov Binəqədi rayon Polis İdarəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.
Ceyhun Qurbanov bu təyinatadək Qəbələ rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.