Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Gündüz Məcidov Balakən Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Naftalan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.