Axtarış...

Neftçalada nə baş verib? - Açıqlama

Neftçalada nə baş verib? - Açıqlama


Neftçalanın Bankə qəsəbəsində səyyar görüş zamanı vətəndaşlarla icra başçısı arasında insident baş verməsi haqda məlumatlar yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatda icra başçısı Mirhəsən Seyidovun döyülməsi ilə bağlı iddialar səsləndirilib.

Məsələ ilə bağlı Nefçala Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İH-dən “Qafqazinfo”ya bildirildi ki, sosial şəbəkələrdə icra başçısı ilə bağlı yayılan məlumatlar heç bir həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən də məlumatın tam əsassız olduğu, həqiqəti əks etdirmədiyi açıqlanıb.
Əldə etdiyimiz məlumata görə, hazırda Mirhəsən Seyidov dövlət qulluqçuları ilə bağlı tədbirdə iştirak edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz