Yasamal Rayonunun ərazisi sayılan 2-ci alatava qəsəbəsində sənədsiz evlərin bəzi sahibləri qanunsuz olaraq evlərin damını sökərək ikinci mərtəbə tikirlər.
Maraqlısı budur ki, əraziyə nəzarət edən polis və icra hakimiyyəti orqanları məsələ ilə bağlı vətəndaşlara xəbərdarlıq etmirlər. Qanunsuz ev tikənlər görünür ki, icra hakimiyyə orqanlarını hər hansı bir vasitə ilə susdura biliblər. Hal-hazırda şaiyələr gəzir ki, alatava qəsəbəsində yerləşən sənədsiz evlərin hər an plana düşəcəyi və söküləcəyi şaiyələri yayılmışdır. Bununla bağlı sakinlər ciddi narahatçılıq keçirir, həcmi dəfələrlə kiçik olan və uzun illər öncə tikilmiş köhnə tək qat və heç bir köməkçi sütunu olmayan evlərin damlarını sökərək kərpicdən üzərində qanunsuz tikililər tikirlər.
Qeyd edək ki, bu tikililərin tikilməsində Azərbaycan Respublikasının Şəhərsalma və tikinti fəaliyyətinin həyata keçirilməsi zamanı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməyib. Ölkə rəhbəri çıxışlarında her zaman bildirib ki, "Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan heç bir tikili həyata keçirilə bilməz.
Məsələ ilə bağlı Yasamal Rayon İcra hakimiyyətinin qaynar xətti ilə əlaqə saxlanılsa da məsələdən xəbərsiz olduqlarını bildirdilər.
Qəsəbədə tikilən evlərlə bağlı fotofaktı sizə təqdim edirik:
Teref.az