Ramiz Mehdiyevin minlərlə insanın aşına tökdüyü zəhər gec-tez onun qaşığına çıxmalıdır...
Qeyd edək ki, PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycanda çox pis ənənələrin əsasını qoyub.
Belə ki, Ramiz Mehdiyev vəzifədə işlədiyi uzun illər ərzində özünə rəqib bildiyi, ona “biət” etməyən, baş əyməyən şəxsləri işdən çıxarmaqla, yaxud məhbəsə göndərməklə kifayətlənməyərək, onların övladlarını da cəzalandırıb. Və Ramiz Mehdiyev bütün bu əməllərinə görə, həm bu dünyada qanunlar, həm də o dünyada ilahi ədalət qarşısında cavab verməli olacaq. İnanın, o dünyada onu tutub...
Ramiz Mehdiyevin kim və nəçi olduğunu bilmək üçün onun oğlu Teymur Mehdiyevin vəzifə karyerasına nəzər salaq. 1997-ci ildə universiteti bitirən Teymur Mehdiyev partanın arxasından birbaşa Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətə başlayıb. Sonralar ləğv olunmuş MTN adlı bir qurumda çalışan gənc Teymur Mehdiyev işə o zamankı nazir Namiq Abbasovdan sonra gəlirmiş.
Təsəvvür edirsiniz 22 yaşlı gənc əməkdaş MTN nazirindən sonra işə gəlir və ondan qabaq işi tərk edirmiş. Onun bu hərəkətləri nazir Namiq Abbasovun xoşuna gəlmir və bir gün onu söyərək işdən qovur. O gündən Namiq Abbasovla Ramiz Mehdiyevin düşmənçiliyi başlayır. Və işdən qovulduğu günün səhəri gənc Teymur Mehdiyev Daxili İşlər Nazirliyində işə düzəlir.
Təsəvvür edirsiniz, 1-2 gün də keçmir ee…. 2 il DİN-də çalışan Teymur Mehdiyev qəfil Xarici İşlər Nazirliyində peyda olur. 2 il də orada vaxt keçirən Teymur Mehdiyev bir də Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyində nazir müavini kimi peyda olur. 2 il sonra Mədəniyyət və Turizm Nazirinin müavini olur, 2 il də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışır. 2 il sonra 2014-cü ildə Fövqəladə Hallar nazirinin müavini təyin edilir və ona general-mayor ali hərbi rütbəsi verilir.
İndi gördünüzmü, bu adam 16 ildə “çekist”, “polis”, “mədəniyyət xadimi”, “idman ustası”, “miqrasiya generalı” və axırda “fövqəladə generalı” olur. Dünyanın heç bir ölkəsində belə, oxşar hal baş verə bilməzdi. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə birgə təhsil almış, həmin dövrdə müharibəyə könüllü gedərək, Ramiz Mehdiyevin o tərəfdəki qohumlarına qarşı mübarizə aparan, oğullarımız isə indi Ramiz Mehdiyevin yırtıcı, qisasçı siyasətinin qurbanı olaraq, ya karyerlərdə daş daşıyırlar, yadakı ağır cəza alaraq türmələrdə çürüyürlər. Ona görə də, Ramiz Mehdiyev və onun ətrafında olan qohum-əqrabası Türkiyədə keçirilən prezident seçkilərində Kılıçdaroğlunu müdafiə edirdilər. Ramiz Mehdiyev və onun ətrafı çox istəyirdilər ki, ermənilərin tərəfində olan Kılıçdaroğlu seçilsin.
Amma bu qoca yaşında Ramiz Mehdiyev dövlət siyasətimizə zərbə vurmaqdan əl çəkmir. Bu adam evdə oturub ƏZRAYILIN nə vaxt gələcəyini gözləmək əvəzinə, hələ bir siyasətə baş vurur, partiya yaratmaq istəyir. Amma biz şəxsən Ramiz Mehdiyevə deyirik ki, gedib sənin qatarın, gecikmisən həmin qatarın sərnişini olmağa. Ölüm qabağı övladlarına, qohum-əqrəbana o qədər düşmən qoyub gedirsən ki, səndən sonra vay onların halına. Onlar sənin ölümündən sonra Qalina xanımın ata vətəninə getmiş olsa da belə heç bir şey dəyişməyəcək və ya Ramiz Mehdiyev sən ölüm gününə qədər pislik etdiyin Azərbaycanın qeyrətli oğlanlarının hamısını öldürsən belə yerdə qalan olacaq.
Budur, sənin yaşamış olduğun həyat. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş bütün ali təhsilli, savadlı, idmançı, pəhləvan cüssəli bütün say seçmə oğlanlarımızın həyatını məhv etmisən. Gərəkir ki, xalq səni məhkəməyə versin. Bu mövzuda sonra. İndi isə qayıdaq Ramiz Mehdiyevin hərşeyşünas oğlunun və onun oğlunun vəzifə pillələrini bir daha araşdırmağa.
Yeri gəlmişkən, bu adamı, bu generalı FHN-də görən olmur, bu adam daha çox rəhbərlik etdiyi "Şərq -Qərb" nəşriyyatındakı tenderlərin pullarını yığmaqla məşğuldur. Hələ bu harasıdır..?
Ramiz Mehdiyevin nəvəsi, Teymur Mehdiyevin oğlu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində, Maliyyə İdarəsinin rəisi, polkovnik Elvin Mehdiyevdir. Teymur Mehdiyevin Şərq-Qərb mətbəəsinin dövlətə 16 milyon vergi borcu var. Onun oğlu, Maliyyə İdarəsinin rəisi Elvin Mehdiyevin də xeyli mənimsəmələri var.
Ümumiyyətlə, Mehdiyevlərin Novxanıda ucsuz-bucaqsız üzüm sahələri var. Bu torpaqlar isə Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Yuryevnanın adınadır. Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda Kənd Təsərrüfatı təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyeva və Ramiz Mehdiyevin qızı Kamilə Əliyevaya məxsus 1200 sot torpaq sahəsi var. Bu hələ harasıdır..?
Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva “Palitra” qəzetinin, gəlini Nigar Mehdiyeva isə “Paritet” qəzetinin təsisçisi olub. Bu qəzetlər dəfələrlə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan yardım alıb. Nigar Mehdiyevanın Masazır gölünün yaxınlığında 30 hektar Kənd Təsərrüfatı əhəmiyyətli torpaq sahəsi var. Mehdiyevlərin Astoriya Tibb Mərkəzi ( hazırda “German Hospital” adı altında fəaliyyət göstərir) var. Bu siyahını sonsuza qədər uzatmaq olar. Sonda onu qeyd edək ki, Ramiz Mehdiyev və onun harınlamış ailə üzvləri gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Çünki Ramiz Mehdiyevin bir zaman minlərlə insanın aşına tökdüyü zəhər bir gün onun qaşığına çıxmalıdır. Amma zaman gözləmir. Ramiz Mehdiyevin qanun qarşısına çıxarılması minlərlə insanların bəraət alması demək olacaq. Ölümündən qabaq Ramiz Mehdiyev həbs olunmalıdır ki, gələcək nəsillər bizləri lənətləməsin, çünki Ramiz Mehdiyev Azərbaycan dövlətində nə qədər yaşayıbsa, Azərbaycan xalqına o qədər ziyan vurub.
P.S. Məşhur bir Azərbaycan deyimi var, gənclər evlənməmişdən öncə, zarafatla bir-birindən soruşurdular haralısan? Qarşı tərəf isə zarafatla bildirirdi ki, hələ evlənməmişəm. Görəsən, Ramiz Mehdiyevə gənc yaşlarında, yəni evlənəndən sonra, bu sual verilərkən nə cavab verib. //gundelik-baku.com//