Axtarış...

“Qurd Qapısı”nda VƏHŞİLİK... - NARAZILIQ VAR!

“Qurd Qapısı”nda VƏHŞİLİK... - NARAZILIQ VAR!

Bir ağacın yetişdirilməsi üçün neçə illərin, neçə-neçə əziyyətin gərək olduğunu hər kəs yaxşı bilir. Amma görünəni odur ki, hər kəs bu əziyyət qarşılığı hesabına ərsəyə gələn və ümumi evimiz olan Yer kürəsinin oksigen ehtiyatı hesab olunan yaşıllığa eyni dərəcədə sayğılı deyil. Artıq Azərbaycanda ayrı-ayrı iş adamlarının, məmurların, səlahiyyət sahiblərinin hansısa maraqlar səbəbindən təbiətə qənim kəsilməsi bir adət halını alıb.

Bu dəfə DİA.AZ-a göndərilən müraciətdə vətəndaşlar el arasına "Qurd Qapısı" kimi tanınan Ümumi Şəhər Qəbirstanlığına yaşanılan YAŞIL TERRORA diqqət çəkiblər.

Narazı vətəndaşlar DİA.AZ-a yazır: "Vallah, bu qəbirstanlığın rəhbərliyi dövlətin düşmənləridir. İri-iri şam ağacları qəsdən qurudulur, sonra da aşırdılır.




Vətəndaşların yolladıqları fotolar

Şəkillərdən də görə bilərsiniz ki, bu adamlar hansı vəhşiliyi edirlər. O boyda boş yerlər var... Amma gözləri doymur. Ağacların yerlərini sata bilmələri üçün belə edirlər..."

Vətəndaşlar adından edilən müraciətdə eyni zamanda qəbirstanlıq ərazisində qəbir yerlərinin ərazilərindəki yaşıllığın mal-qara, qoyun-quzu tərəfindən otladılmasından da giley olunub. DİA.AZ-a yazırlar:


Vətəndaşların yolladıqları fotolar

"Qəbirstanlıqdakı qəbirlərin ətrafında camaat abadlıq yaradır, zar-zor gül-çiçək yetişdirir. Əvəzində də qəbirstanlığa buraxılan mal-qara, qoyun-quzu, keçi sürüləri əkilən yağıllığı, zorla ərsəyə gətirilən gül-çiçəyi tələf edir. Dəfələrlə bununla bağlı qəbirstanlıq rəhbərliyinə şikayət olunsa da, xeyri yoxdur. Yenə də əraziyə axşam saatlarına iri mal-qaradan tutmuş, xırda heyvana qədər buraxılır.

Camaat da məcbur qalıb, qəbirlərin arasındakı yollara da dəmir qapılar qoyur. Amma bu da xeyir eləmir... Çünki qəsdən həmin qapıları açıb, heyvanlara qəbir ətrafında əkilən yaşıllığı otladırlar..."

Məsələ diqqətimizdədir. Şikayətlə bağlı Millitv.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz