Axtarış...

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...

Uşaqlar yox...onların ataları FHN-yə bir buyursunlar... - Kəmaləddin Heydərovla bağlı ŞOK FAKTLAR...


Bir az əvvəl yerli KİV-də FHN-yə istinadla bir xəbər yayıldı: Abşeron rayonu, Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsinə və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” zəng mərkəzinə ekskursiya təşkil edilib...

Əslində bu xəbərdə qeyri-adi nəsə yoxdur. Amma DİA.AZ-a yazan FHN əməkdaşlarından biri məhz bu xəbərə istinadla Kəmaləddin Heydərovun rəhbərliyi altında müşahidə olunan neqativlər haqqında informasiyanı bizimlə bölüşüb. DİA.AZ-a göndərilən məlumatda deyilir:

"Yaxşıdır... uşaqlar FHN-nin strukturlarını gəzirlər. Amma daha yaxşı olardı ki, həmin uşaqların prokrurluqda, DTX-da işləyən valideynləri FHN-nin öz binasına təftişə gələydilər... Doğrudur, indiki vaxtda bu imkansız görünür. Hələ Kamal müəllim ölməyib. Amma onun ölümünü gözləsələr, sonta gec olacaq.

Yox... FHN-nin təkcə bir qurumunda seks qalmaqalı yaşanmır. Bilirsinizmi, nə qədər faktlar ört-basdır edilir.

Kəmaləddin Heydərov hamısını yaxşı bilir. Əvəzində adı çıxanlar "stanok"a gətiriliur, soyulur... FHN bu gün quldur qaydaları ilə idarə olunur. Amma elə bir fikir yayırlar ki, guya Kəmaləddin Heydərov yaxşı adamdır... və o pis nəsə etməz.

Kəmaləddin Heydərov şeirə-sənətə diqqət etdiyi kimi, elə nazirliyin kabinetlərindəki köhnə mebelə fikir ayırsaydı, vəziyyət blə olmazdı.

FHN-də əməlli-başlı özbaşınalıqdır. Bunun zərbəsi isə dövlətə dəyir. Dövlətin qosqoca nazirliyi təkcə böhran idarəsindən ibarətdir elə bil. Bir də yanğınsöndürənlər... Digərləri neynəyir?

Bu barədə dia.az-a şok faktları açıqlayacam. Onda biləcəksiniz ki, Kəmaləddin Heydərovun illərdir cəmiyyətə yedirtdiyi yalanlar necə puç imiş..."

YENİ YAZIMIZ OLACAQ...

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Text-to-Speech

DİNLƏ






Şərh yaz