Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin qohumbazlıq siyasəti, özünün və yaxın ərtafındakı şəxslərin şəxsi qazancını artırmaq üçün əkin sahələrini ələ keçirməsi, hələ Biləsuvar RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə rayonun 24 kəndinin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintilərinin üzə çıxması, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinlərinin buğda kimi göstərilməsindən və s. neqativ hallara rəvac verməsindən yazmışdıq.
Zərdab rayonunun Dəkkəoba kənd sakini, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlunun əslini hazırki Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədova, surətini “Dəryaz” qəzeti redaksiyasına göndərdiyi və KİV-də ictimailəşdirilməsini xahiş etdiyi şikayət ərizəsində də Rafail Quliyevin adı keçir.
Şəmsi Əhmədov yazır:
“Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan “Azəraqrar” MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.
Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb.
Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb. 2021-ci ildə 700 hektar (bəyan nömrələri 2550646, 2470891, 2116741, 2071194,) əkin bəyan edərək subsidiya alınıb. Bu il ərzində həmin ərazidə “Azəraqrar” MMC-nin pambiq bəyanı monitorinqə düşən zaman monitorinqin nəticəsində məlum olub ki, həmin bəyan üzrə əkin əkilməyib və əkin olmadığı barədə aqronom akt tərtib edib (akt əlavə edilir), eyni zamanda həmin mövsümdə 400 hektar arpa əkini bəyan etmişdir. Monitorinq zamani həmin əkinlərin yerində olması barədə akt tərtib edilmişdir (akt əlavə edilir). Yalan bəyan edildiyi aşkar edilsə də, sonralar həmin “Azəraqrar” MMC-yə nə cərimə tətbiq olunub, nə subsidiya kəsilib. Sonraki illər də subsidiyadan məhrum edilib. Həmin illərdə “Azəraqrar” MMC nə aqrokimyəvi analiz, nə də aqrar sığorta etdirmədən subsidiya alıb. 2021-ci ildə həmin ərazidə KTN daxili nəzarət sektorunun müdiri Ramin Əhmədovun başçılığı ilə yerində yoxlama aparılsa da, qohumu Fuad Mayılovun köməkliyi ilə heç bir tədbir görülmədi və bu fakt sabiq nazir İnam Kərimovdan gizlədildi”.
Sonda müəllif cənab nazirdən xahiş edir ki, onun bütün yazdıqlarımı nəzarətə götürsün və müvafiq tədbir görülməsini təmin etsin.
Mövzunu davam etdirəcəyik
Deryaz.az