Sudan ordusu və paramilitar Çevik Reaksiya Qüvvələrinin nümayəndələri Səudiyyə Ərəbistanının Ciddə şəhərində bir araya gəlib.
Rəqib tərəflər aprelin 15-də toqquşmalar başlayandan bəri ilk müqaviləni imzalayıblar.
“Ciddə bəyannaməsi” ilə mülki vətəndaşlardan mühasirə və qarşıdurma altında olan bölgələri tərk etmələri, təxliyələrə icazə verilməsi, humanitar əsaslarla elan edilən atəşkəsə əməl edilməsi istənilib.
ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə əldə olunan razılaşma ilə tərəflər Sudanın suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmində olduqlarını da vurğulayıblar. Bildirilib ki, imzaların atılmasından sonra danışıqlarda effektiv atəşkəsə nail olunması müzakirə olunacaq.
Sudanda QHT üzvlərinin orduda iştirak edib-etməməsi ilə bağlı fikir ayrılığı bütün ölkə boyu silahlı qarşıdurmaya çevrilib və tərəflər mülki itkilərə baxmayaraq, əvvəllər elan edilmiş atəşkəs rejiminə əməl etməyiblər.