“50 qəpik”i “Stolovaya” çevirən “Cakı” indi də yol kəsir… - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Metronun “Xətai” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Stalovaya” ( əvvəlki adı “50 qəpik” olub-red) adlı restoranın “Cakı” ləqəbli sahibi qanunlara məhəl qoymayaraq, özünə aid olmayan, yol infrastruktunun ərazisini zəbt edib. Çox maraqlıdır ki, bütün bu özbaşınalıq Xətai Rayon İcra Hakimiyyətinin inzibati binasının cəmi bir neçə addımlığında baş verir. Azinforum.az həmin ərazidən çəkilən videonu təqdim edir və ümidvar olduğunu bildirir ki, əlaqədar dövlət qurumları bu özbaşınalığın qarşısını alacaq. Mövzu diqqətimizdədir.