Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından (dollar) demək olar ki, tamamilə imtina edib.
Bunu Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev deyib.
“Heç kimə sirr deyil ki, rublla hesablaşmalar praktiki olaraq transsərhəddir”, - o bildirib.
Nazir müavininin sözlərinə görə, transsərhəd hesablaşmalar hələ də rubl-avro cütlüyündə aparılır, lakin tədricən onlar da aradan qalxmağa başlayır.