Dahi Nis Bor deyirdi ki, iki cür həqiqət var: Şit (bayağı) həqiqət və böyük həqiqət. Şit həqiqətin əksi əlbəttə ki, yalandır. Böyük həqiqətin əksi isə yenə həqiqətdir.
Vahid Əhmədov haqqında formalaşan qaragüruhçuluq şit həqiqətə xidmət edir. Bu adamı Azərbaycan parlamentinin və ictimai həyatın qəhrəmanına çeviriblər. Mən bu adamı Parlamentdə tanımışam. Cəmi 5-6 çıxışı olub bu çağırışda. Özü də nə vaxt: Nazirlər Kabinetinin və Hesablama Palatasının hesabatında bu qurumun rəhbərlərinə yaltaqlıq edib. Sahil Babayevə də yaltaqlıq edib. Adam Parlamentdən ayağını çölə atan kimi deyir ki, bahalaşma var, uşaq pulu verilməlidir və s. Və kütlə üçün qəhrəmana çevrilib. Adam (Vahid Əhmədov) 100.000 dollarlıq saat taxır, 200.000 Avroluq maşında gəzib- dolaşır. Şəhid ailəsinin banka borcunu dövlətə ödətdirir. Qəhraman olur. Vicdanı demir ki, mən milyonlara manat pulu dövlətin hesabına qazanmışam və pulun 10.000 manatını, sizin borcunuzu bağışmağa sərf edəcəm. Danışıqları şəxsi mənafeyinin qorunmasına xidmət edir. Amma qəhrəmandır. Bunun bircə adı var. Vahid Əhmədov çağımızın ən böyük avantüristidir. Avantüra işini V. Əhmədov çox yaxşı bacarır. Bu adamın bütün çıxışlarını mənim Milli Məclisdə etdiyim 1- cə çıxışla müqayisə edin. Əgər vicdanınız varsa dəqiq qiymətləndirmə aparın. Məni təəcübləndirən hətta bəzi üzdə olan adamların avantüraya dəstəyidir. Görsənir ki, bu gedişlə cəmiyyətimizdə instinktiv davranışlar hələ uzun müddət davam edəcək. Bu da faciənin bir formasıdır.
P.S. Vahid Əhmədov mənim Əvəz Zeynallı kimi birisi ilə barışmağımı təkid etdi. Ancaq bu təklifi rədd etdim. Bu adam həm də Əvəz Zeynallı kimi bir avantürist və bir korrupsionerlə oturub dururdu və deputatları onun tapşırığı ilə ləkələyirdi.
Etibar Əliyev - deputat
DİA.AZ