Axtarış...

“Azerbaijan Poultry Company” MMC günahı müştəridə görür, amma... - "...şikayətləri kənara yönəltməyə çalışır"

“Azerbaijan Poultry Company” MMC günahı müştəridə görür, amma... - "...şikayətləri kənara yönəltməyə çalışır"


Sosial mediada Ləman Əhmədova adlı istifadəçi “Mərcan” adı altında istehsal olunan toyuqları almamağı məsləhət görüb. İstehlakçı iddia edir ki, çəkini artırmaq üçün adıçəkilən toyuğun içindən özü boyda buz çıxır.

“Buz parçası paketin içindən çıxıb. Yəni aldığım mağazalıq da deyil, sırf “Mərcan” şirkəti ilə bağlıdır. Paylaşdım ki, hər kəsin xəbəri olsun, bu toyuqlardan almayın”, - deyə şikayətçi bildirib.

Yayılan məlumatın əsasını öyrənmək üçün “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC) ilə əlaqə saxladıq.

Millitv.az bildirir ki, şirkətin marketinq şöbəsinin rəhbəri Günay Əkbər Teleqraf.com-a açıqlamasında səslənən iddiaların əsassız olduğunu deyib.

O bildirib ki, istehsal olunan məhsulların hamısı hava ilə soyudulur: “Su ilə kontakt olmadığına görə dondurulmuş toyuğun içərisindən buz çıxma ehtimalı yoxdur. İstəyən gəlib istehsalat prosesini izləyə bilər. Ola bilsin, ya mağazada, ya da istehlakçının özünün hansısa bir yanlışı olub.

Sosial mediada paylaşılan şəkil bizim soyudulmuş məhsuldur, müsbət 5 dərəcə temperaturunda saxlanılır. Orada buzun ola biləcəyi ehtimal sıfıra bərabərdir və real deyil. Müştəri səhvi ya özündə tapmalı, ya da problemin kökünü mağazada axtarmalıdır”.

Mağazada səhvin necə baş verməsinə gəlincə, şirkət rəsmisi heç bir iddia irəli sürməyib: “Demirik ki, mağaza məhsulun içərisinə su yığır. Sadəcə səbəbi tapmaq lazımdır. Bizim müəssisədə o şəkildə toyuğun içindən buz çıxa bilməz. Bu, mümkün deyil. Yenə də deyirəm, bizim toyuqlar hava ilə soyudulur. Saytımızda məhsulların soyudulma prosesinin necə keçdiyinə dair məlumatlara hər kəs baxa bilər.

Məhsullara 24 saat kamera nəzarəti olunur. Biz adına və işinə hörmət edən bir markayıq. Belə bir yanlışa yol verə bilmərik. Biz keyfiyyətli və bahalı məhsul istehsal edirik”.

İstehsalçı şirkətin təmsilçisi əslində "bizdə ola bilməz" arqumentilə konkret faktdan yaxa qurtarmağa və iradları, şikayətləri kənara yönəltməyə çalışır. Məhsulun içindən buz çıxıbsa, müştəri bunu təqdim edibsə, istehsalçı müəssisə yaxasını necə kənara çəkə, "Müştəri səhvi ya özündə tapmalı, ya da problemin kökünü mağazada axtarmalıdır” deyə bilər?..

ƏLAQƏDAR YAZI: `Mərcan` toyuqlarını alanda 100 ölçün, 1000 biçin... - "YARISI BUZDUR..." My Webpage
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz