YAP-sədrliyi uğrunda sabiq başçıların hansı qalib gələcək
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Millitv.az daxil olan məlumata görə Gəncə şəhərində YAP–nın sədirliyi uğrunda qızğın mübarizəyə başlayıblar. Bu mübarizədə Gəncə şəhərinin ləğv olunmuş Nizami rayon və Kəpəz rayon İH –lənin keçmiş başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev sədirlik uğrunda var güclərini səfərbər ediblər.
Bildirmək istəyirik ki, Prezident İlham Əliyev cənablarının "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyəndən sonra, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycan Dövlət reyestrindən çıxarılıb. Bu məqamda hər iki RİH-nin başçısı olmuş şəxslər yenidən vəzifəyə can atmaq uğrunda mübarizəyə başlayıblar. Onu da diqqətinizə çatdırırıq ki,vəzifədən kənarlaşdırılmış hər iki RİH-nin başçısı Elmar Vəliyevin sevimli kadrlarından sayılırlar və onların adları mütamadi korrupsiya gündəmində yer alıb. Nizami Hacıyev və Eldəniz Xudiyevin icra başçısı olduqları müddətdə çoxsaylı korrupsiya epizodları Baş Prakurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən hələ də araşdırılır.
Qeyd etməliyik ki, cari ilin mart ayının 15-dən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Gəncə şəhər təşkilatının sədri Ramil Orucov səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Dişlərinin dibində vəzifə şirəsi qalan Nizami Hacıyev və Eldəniz Xudiyev bu xəbərdən agah olan kimi hərə öz himayədarlarını önə verərək hədə-qorxu sayəsində yenidən vəzifəyə gəlmək üçün hücuma keçiblər. Daxil olan məlumatlara görə Eldəniz Xudiyevin namizədliyini, onun qaynanasının qardaşı, Milli Məclisin deputatı Musa Quliyev irəli sürüsə də. Nizami Hacıyevin namizədliyini isə DİN-inin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin rəisi Namiq Həsənov irəli sürübdür. Onu da qeyd edək ki, Namiq Həsənov Nizami Hacıyevin qaynıdır.
Mənbəmizin verdiyi məlumata görə, Eldəniz Xudiyev və Nizami Hacıyev başçı vəzifəsini icra etdikləri zaman Gəncə şəhər ərazisindəki müxtəlif kateqoriyalı, xüsusilə qeyd etmək istəyirik ki, dövlət fondunun torpaq sahələrinin kütləvi şəkildə vətəndaşlara, qanunsuz sərəncamlarla ev, obyekt tikintisi adı ilə satılması prosesi və üstə gəl uzun müddət şəhər sakinlərinin haqlı şikayyətlərinə baxılmamısı Gəncə şhərində əhalinin böyük narazılığına və etirazına səbəb olmuşdur.Bu barədə daxil olan çox saylı şikayətlərdən də aydın olur ki, adları qeyd olunan hər iki icra başçısı vəzifədə olduqları müddətdə xalq üçün deyiı, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəxsi karyeralarını və öz maliyyə imkanlarını genişkəndirməklə məşğul olublar.
Nizami Rayon və Kəpəz Rayon İH-lərinin sabiq başçılarının manapolyası və qanunazid sərəncamları Gəncə şəhərinin dörd bir yanını əhatə edir. Eldəniz Xudiyev və Nizami Hacıyev özlərinin saxta və qanuna zidd əməllərini Gəncə ŞİH-nin sabiq başçısı Elmar Vəliyevin tapşırıqları əsasında həyata keçirdiklərini bildirirlər. Lakin əldə etdiyimiz məlumata görə şəhər sakinləri arasında dövriyədə olan saxta sərəncamlar Nizami Hacıyev və Eldəniz Xudiyevin imzaları ilə təsdiq edilib. Hər iki siyasi vəzifə sahiblərinin ali savadlı olduğundan əminik. Sabiq icra başçıları öz vəzifə səlahiyyətlərini yaxşı bilsələr də ölkə qanunlarına zidd gediblər. Bu şəxslərin ölkəmizin 2-ci böyük şəhəri olan Gəncə vilayətində yenidən hər hansı bir vəzifəyə təyin olunması yolverilməzdir.
Maraqlısı isə budur ki, sabiq başçılar Eldəniz Xudiyev və Elmar Vəliyevin zamanından bu yana satdıqları sərəncamların - heç bir hüquqi əsası yoxdur. Belə ki, vətəndaşlara satılmış sərəncamlar, özündə "torpaq məcəlləsi"nin 4-cü bəndini, eləcə də Azərbaycan Respublikası prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş "yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin 6.8-ci bəndinə istinad edir. Halbuki, nə "torpaq məcəlləsi"nin 4-cü bəndi, nə də prezidentin müvafiq fərmanı icra başçılarına dövlət fond torpaqları üzərində sərəncam vermək hüququnu ehtiva etmir, əksinə qadağan edir. "Torpaq Məcəlləsi"nin 57-ci maddəsinin 4-cü bəndi "Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı üçün olan torpaq sahəsinin ayrılması tələbləri, yuxarıda qeyd etdiyimiz qanunun tələbləri ilə izah edilir. Buradan aydın olur ki, icra başçısının bu kateqoriyadan olan hansısa torpaq sahəsi üzərində özbaşına sərəncam verməsi hüquqları məhduddur.
Buna baxmayaraq, torpaqların qeyri-qanuni satışı ilə məşğul olan icra başçıları, Elmar Vəliyevin üsul-qaydalarını hələ də davam etdirərək öz saxta sərəncamlarının tarixini hansısa bir yaxın keçmişə - 2017-ci ilə yazmaqla qanunsuz niyyətlərini həyata keçirirlər. Ölkə qanunlarına zidd çıxan, prezidentin tapşırıqlarına və tövsiyyələrinə biganə yanaşan Nizami Hacıyev və Eldəniz Xudiyev kimilərinin timsalında sabotajlıq edənlər hələ de az deyildir.
Ümid edirik ki, prezidentin etimadını və tələblərini korrupsiyaya qurban edən bu iki sabiq başçılar dövlət qarşısında cavab verəcəklər...
Biz millitv olaraq, ona da inanırıq ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və YAP-nın sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edilən məlumatları araşdıracaqlar. Öncə, adlarını qeyd etdiyimiz bu şəxslərin Gəncə şəhər YAP nın sədirlik vəzifəsinə gətirilməsinə imkan verilməməlidir ki, sonrakı proseslər Gəncə şəhərində fəaliyyət göstərən minlərlə YAP-ın üzvlərinın böyük etiraz və narazılığına səbəb olmasın.