Axtarış...

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”

Gömrük generalından narazılıq artır – “Səfər Mehdiyevin yolu ilə gedir”


Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri postundan uzaqlaşdırılması böyük ajiotaja səbəb olmuşdu. O vaxt bəzi müşahidəçilər bu qərardan uzağagedən nəticələr çıxarsalar da, iş adamları və sıravi vətəndaşlar gömrük orqanlarında köklü islahatların aparılacağına ümid edərək, bu dəyişiklikdən məmnun qalmışdılar.

Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2022-ci il tarixində imzaladığı sərəncamla vəzifədən azad olunub. İki gün sonra Səfər Mehdiyevin səlahiyyətləri müavini Şahin Bağırova həvalə olunub. Ş.Bağırov 2023-cü il fevral ayının 14-nə kimi DGK sədrinin birinci müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən şəxs olub.

Şahin Bağırov cari ilin 14 fevralından DGK-ya rəhbərlik edir. Maraqlıdır ki, onun sədr postuna təyin edilməsi ilə bağlı məlum sərəncamın üzərindən 2 aydan da az vaxt keçməsinə rəğmən bu qurumun ətrafında yenidən narazılıq yaranıb. Həm iş adamları, həm də sıravi vətəndaşlar DGK əməkdaşlarının fəaliyyətindən ciddi şəkildə narazılıq edirlər. Onların fikrincə, Ş.Bağırovun qurum daxilində nisbətən şəffaf və ədalətli fəaliyyət göstərməsi sədr postuna təyinat aldığı günə kimi olub. O, DGK sədri vəzifəsinə təsdiqlənəndən sonra gömrük orqanları əvvəlki idarəçilik prinsipinə dönüb. İş adamları mətbuatda və sosial şəbəkələrdə Şahin Bağırovun Səfər Mehdiyevin yolu ilə getdiyini açıq şəkildə dilə gətirirlər. Onların iddiasına görə, DGK-da islahatlar imitasiya xarakteri daşıyır. Sədr əvəzi özünün müsbət imicini yaradaraq qurumun başına keçidini təmin edəndən sonra yenə “köhnə hamam, köhnə tas” prinsipi işə düşüb.

Xatırladaq ki, bu, DGK-nın fəaliyyəti ilə bağlı ilk narazılıq deyil. Gömrük əməkdaşları bir müddət əvvəl vətəndaşın çantasındakı şəxsi əşyaları - qol saatını, zinyət əşyalarını, gödəkçələri, köynəkləri, hətta alt paltarlarını görüntüləyib xəbəri ictimailəşdirəndən sonra ciddi tənqid obyektinə çevrilmişdilər.

İqtisadçılar vəziyyətdən çıxış yolunu DGK-nın ləğv edilərək, bu qurumun səlahiyyətlərin müvafiq nazirliklərdən birinin balansına verilməsində görürlər. //Yenisabah.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz