Axtarış...

Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar - TƏFƏRRÜAT

Ordudan tərxis olunmaq istəyən rəisi aldadıb 10 minini alıblar - TƏFƏRRÜAT


Bakıda ordudan tərxis olunmaq istəyən hərbçini aldadaraq 10 min manatını alıblar.

Millitv.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tibb xidmət rəisi kimi çalışan leytenant Əlyar Muradov (şərti soyad) dostu vasitəsilə tanış olduğu Toğrul Məmmədov tərəfindən aldadılıb. Ə.Muradov pulu verdikdən sonra ordudan tərxis edilmədiyi üçün T.Məmmədov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında cinayət işi başlanıb.

Toğrul Məmmədov məhkəmədə bildirib ki, 1992-2000-ci illərdə Tərtər və Füzulidə hərbçi kimi xidmət aparıb: “Qarabağ əliliyəm. 2022-ci ildə bir tanışım bir nəfər hərbi həkimin ailə vəziyyəti ilə əlaqədar xidmət edə bilmədiyi üçün ordudan tərxis olunmaq istədiyini dedi. Ona kömək edəcək adam axtardığını bildirdi. Ordudan tərxis olunmanın qaydalarını bildiyim üçün ona kömək edə biləcəyimi dedim.

Həmin adamla görüşüb danışdıq. Əlyar dedi ki, kömək etsəm, hörmətimi edəcək. Həmin vaxt maddi sıxıntılarım olduğu üçün Əlyardan pulu almaq qərarına gəldim. “Şərəf məhkəməsi” yolu ilə ordudan tərxis olunmasını təşkil edəcəyimi dedim. İki dəfəyə 10 000 manat pul aldım. Bir müddət sonra Əlyar tərxis olunmağını tövsiyə edən qərar verildiyini bildirdi. Bir ay sonra zəng edib qərardan imtina edildiyini dedi. Pulu qaytarmağımı istədi. Mən də pulu xərclədiyim üçün həmin vaxt yox, bir müddət sonra hissə-hissə qaytardım”.

Əlyar Muradov da məhkəmədə ziyanın tam ödənildiyini təsdiq edib. Təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirib. Nərimanov Rayon Məhkəməsi bunu yüngülləşdirici hal kimi nəzərə alaraq həbslə bağlı olmayan hökm çıxarıb. T.Muradova 3 il 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Belə ki, o, bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməməli, üzərində GPS tipli nəzarət vasitəsini gəzdirməlidir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz