Gəncə Dövlət Universitetinin Alman dili fakültəsinin III kurs tələbəsi Kübra Həsənova intihar edib.
Millitv.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iki gün əvvəl Gəncənin Tağıyev küçəsində qeydə alınıb.
Məlumata görə, Kübranın bir müddət əvvəl atası dünyasını dəyişib. Gənc qızın atasının ölümündən sonra psixoloji problemləri yarandığı iddia olunur.
Faktla bağlı araşdırma aparılır.